Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Siqaret və spirtli içkilərlə bağlı əməliyyat keçirilib - VİDEO

© Sputnik / Aleksey DanichevСигареты, фото из архива
Сигареты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Külli miqdarda aksiz markası olmayan siqaretlərin və spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb

BAKI, 11 fevral — Sputnik. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumatı əsasında qanunsuz yolla gətirilən külli miqdarda siqaretlərin və spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Сигареты, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Külli miqdarda siqaretin satışa buraxılmasının qarşısı alınıb

Keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E270 CDI" markalı, nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobilin tavanında, döşəməsində, təkərlərin içərisində və dişər yerlərində müxtəlif üsullardan istifadə etməklə gizlədilən, aksiz markası ilə markalanmayan 9580 ədəd "Marlboro Gold Edge", 2000 ədəd "Parliament Carat", 1000 ədəd "Marlboro Fine Touch", 1000 ədəd "Milano London", 600 ədəd "Malimbo one", 1200 ədəd "Parliament Super Slims", 400 ədəd "Parliament Aqua Blue", 1400 ədəd "Kent Silver" markalı, ümumilikdə 17180 ədəd siqaretlər və 4 ədəd 1 litrlik "Celsius" markalı araq, 2 ədəd 1 litrlik "Black Ram" markalı viski aşkar edilərək götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0