Sərhəd xətti

Cənub sərhədimizi pozan şəxs öldürülüb

277
(Yenilənib 10:54 11.02.2019)
Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir

BAKI, 11 fevral — Sputnik. Bu gün saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının "Göytəpə" sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan Respublikası istiqa­mətində hərəkət edən 1 nə­fər naməlum şəxs müşahidə olunub.

Sputnik Azərbaycan DSX-nin mətbuat şöbəsinə istinadla xəbər verir ki, sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xid­məti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək sərhəd pozu­cusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq İran İslam Res­publikası istiqa­mətində geriyə doğru qaçıb.

"Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində ölüb. Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilib.

Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan Res­pub­likasının vətəndaşı, 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseyn­qulu oğluna məx­sus Azərbaycan Respublikasının ümum­vətəndaş pas­portu, hadisə yerinə ilkin baxış zamanı isə 1 ədəd gecə görmə cihazı aşkar olunub.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

277
Teqlər:
şəxs, silah, Dövlət Sərhəd Xidməti, İran İslam Respublikası, Azərbaycan Respublikası
Əlaqədar
Türkiyə qoşunları Suriya sərhədinə çatdı
Rusiya sərhədlərində sanitar–karantin tədbirləri gücləndirilib
Sərhəddə daha bir maşın fırıldağının üstü açıldı
ABŞ Meksika ilə sərhədə 3750 hərbçi yerləşdirir