Нож в руке, фото из архива

Sumqayıt şəhərində kütləvi dava olub, dörd nəfər bıçaqlanıb

2879
(Yenilənib 19:22 01.02.2019)
Sumqayıtda 30 nəfər arasında kütləvi dava olub, 4 nəfər bıçaqlanıb

BAKI, 10 fevral — Sputnik. Sumqayıt şəhərinin 41-ci məhəlləsində kütləvi dava olub. Nəticədə dörd nəfər bıçaq xəsarəti alıb. Hadisə idmançı gənclər arasında mübahisə zəminində baş verib.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov AZƏRTAC-a bildirib ki, yaralanan dörd nəfər - 1988-ci il təvəllüdlü Həsənov Anar Əli oğlu, 1991-ci il təvəllüdlü Salamov Eldar İxtiyar oğlu, 1996-cı il təvəllüdlü Ələsgərov Emin İlqar oğlu və 1995-ci il təvəllüdlü Kərimli Eltiram İnqilab oğlu dərhal əməliyyat olunublar. Hazırda onların vəziyyəti sabitdir, həyatlarına təhlükə yoxdur.

Şahidlərin sözlərinə görə, davada 30-a yaxın gənc iştirak edib. Davanın qız üstündə olduğu bildirilir.

Sumqayıt Şəhər Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

 

2879