Əli qandallanmış adam, arxiv şəkli

Səksən dörd yaşlı qadını döyüb pulunu apardılar

128
(Yenilənib 14:13 08.02.2019)
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb

BAKI, 8 fevral — Sputnik. "102 - Zəng Mərkəzi" Xidmətinə fevralın 2-nə keçən gecə Ağcabədi şəhərindəki evlərin birindən oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayon sakini olan 84 yaşlı qadının evinə basqın edən 2 nəfərin onu döyərək, 3000 manat pulunu aparmaları müəyyən edilib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Rüstəmov və İ.Mirzəyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb. İstintaq aparılır.

128
Teqlər:
Polis Şöbəsi, qadın, qoca, oğurluq hadisəsi, oğurluq, Ağcabədi, oğru
Əlaqədar
Mağazadan oğurluq edən polis işdən qovuldu
Fəridə Əzizova evindən oğurluq edənlər barədə hökmə münasibət bildirdi
Supermarketlərdən oğurluq edən ailə tutuldu
İşlədiyi evdən oğurluq edən qadın saxlanıldı