Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yol polisindən avtobus qəzası ilə bağlı açıqlama gəldi

© Sputnik / Tarana KhudabakhshiyevaBaş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev
Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzada xəsarət almış sürücü və üç nəfər sərnişin xəstəxanaya yerləşdirilib

BAKI, 6 fevral — Sputnik. Xəbər veridiyi kimi, bu gün Abşeron rayonunda sərnişin avtobusu qəza törədib. 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev Sputnik Azərbaycan-a bildirib ki bu gün səhər saat 09:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi ərazisində 551 saylı marşrut xətti üzrə hərəkətdə olan "SAZ-NP37" markalı, 99-KU-551 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü idarəetməni itirərək yoldan çıxıb və yol kənarında dayanmış "DAF" markalı yük avtomobilinə dəyib. Qəzada xəsarət almış sürücü və üç nəfər sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0