Bıçaq

Bakıda keçmiş ər-arvad vəhşicəsinə qətlə yetirildi - TƏFƏRRÜAT

7424
(Yenilənib 15:27 06.02.2019)
İlkin məlumata görə, oğlan bıçaq zərbəsi ilə, qız isə boğularaq qətlə yetirilib

BAKI, 6 fevral — Sputnik. Fevralın 5-də Bakının Binəqədi rayonunda iki gənc xüsusi amansızlıqla qətlə yetirilib. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, fevralın 5-də saat 11:30-da "28 May" qəsəbəsi ərazisində, orada yaşayan 27 yaşlı Məmmədov İlkin Elman oğlu və 25 yaşlı Muradzadə Sevinc Yaşar qızının cəsədləri tapılıb. İlkin məlumata görə, oğlan bıçaq zərbəsi ilə, qız isə boğularaq qətlə yetirilib. 

Bir müddət sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları bu iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Məlum olub ki, o, Sevinc Muradzadənin yaxın qohumu, Beyləqan rayonunun 30 yaşlı sakini Behbudov Vəli Əli oğludur.

Saxlanılan şəxslə bağlı AR Cinayət Məcəlləsinin "Qəsdən adamöldürmə" maddəsi ilə cinayət işi açılıb. İlkin araşdırma zamanı məlum olub ki, Məmmədovla Muradzadə əvvəllər evli olublar və sonra rəsmən boşanıblar. Bir il əvvəl bu evlilikdən uşaq dünyaya gəlib. Lakin cavanlar yola getmədiklərindən, ayrılmaq qərarına gəliblər.

İstintaqın versiyasına görə, Behbudov hakim missiyasını öz üzərinə götürərək ayrılmış cavanları barışdırmağa çalışıb. O, bu humanist missiya ilə qohumu Muradzadəni götürərək Məmmədovun "28 May" qəsəbəsindəki evinə gətirib. Lakin orada heç də hər şey Behbudovun planlaşdırdığı kimi olmayıb.

Sabiq ər-arvad burada söyüşə keçiblər və bir-birini ağır sözlərlə təhqir ediblər. Bu söyüş və təhqirlərin bir ucu da elə Behbudova gedib çıxıb. Bu zaman əsəbləşərək özündən çıxan Behbudov əvvəlcə Məmmədovu bıçaqla vurub, sonra isə qohumunu boğub. Cinayəti törətdikdən sonra o, polisə gələrək günahını etiraf edib. 

Hazırda faktla bağlı istintaq davam edir.

7424
Teqlər:
polis, Bakı, gənc, qətl
Əlaqədar
Polis və prokurorluq ağır qətl hadisəsinin izinə düşüb
Xətaidəki qətllə Sabunçudakı intihar arasında şok bağlantı
Rusiyada qətliam kimi qəza oldu, uşaqlar öldü
 Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

Yevlaxda körpüyə girməyə hazırlaşan avtomobilin üzərinə ağac aşdı

9
(Yenilənib 20:38 15.01.2021)
Təbiətin şıltaqlığı bu gün Yevlax şəhərində az qala insanların xəsarət alması ilə nəticələnə bilərmiş.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.

© Sputnik / Rahim Mammadov
Yevlax rayon sakini Vüsal Ələkbərov

Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:

© Sputnik / Rahim Mammadov
Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.

Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.

9
Охотничья винтовка типа Винчестер, архивное фото

Ata oğlunu güllələyib: "Onu öldürmək fikrim olmayıb"

27
(Yenilənib 14:24 15.01.2021)
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.

Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.

Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.

Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.

27

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0