Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Prezident baş verənlərlə bağlı xüsusi göstəriş verib

© AP Photo / Sergei GritsAzərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir: "Prezident İlham Əliyevin tapşırığına əsasən, vəziyyət tam nəzarətə götürülüb"

BAKI, 6 fevral — Sputnik. Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Nazirliyin digər rəhbər şəxsləri ilə birgə fevralın 6-da baş vermiş zəlzələnin nəticələri ilə yaxından tanış olmaq məqsədilə həmin əraziyə gedib.

Здание Министерства здравоохранения Азербайджанской Республики - Sputnik Azərbaycan
SƏHİYYƏ
Səhiyyə Nazirliyi: Zəlzələ ilə bağlı xəstəxanada təşviş yaranmayıb

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirlyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Nazir Kəmaləddin Heydərov zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olub, yerli sakinlərlə söhbət aparıb.

Zəlzələdən zərər çəkmiş yaşayış evlərindəki vəziyyətlə tanış olan nazir Kəmaləddin Heydərov bildirib ki, mütəxəssislər ziyan dəymiş binaların dayanıqlığını və vəziyyətini araşdırırlar. Nazir əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, vəziyyət tam nəzarətə götürülüb.

Nazirin sözlərinə görə, rayon Fövqəladə Hallar komissiyaları ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri addımlar atılacaq: "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər. O da bildirilib ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcəklər".

Xəbər lenti
0