Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zəlzələ qaz xətlərini sıradan çıxarıb, təbii qazın verilişi dayandırılıb

© Sputnik / Ilham AhmadovŞamaxı rayonunda baş verən zəlzələnin fəsadları
Şamaxı rayonunda baş verən zəlzələnin fəsadları - Sputnik Azərbaycan
Abunə olmaq
İbrahim Kərbalayev: "Təhlükəsizlik qaydalarına əməl olunması üçün qaz təchizatı dərhal dayandırılıb"

BAKI, 6 fevral — Sputnik. "Baş verən zəlzələ nəticəsində Şamaxı şəhərində divarların uçması qeydə alınıb. Şəhərin 5 nöqtəsində küçə-qaz xətlərinin zədələnməsi və qırılması hadisəsi baş verib. Bu səbəbdən təhlükəsizlik qaydalarına əməl olunması üçün qaz təchizatı dərhal dayandırılıb".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarından etibarən qaz xətlərinin bərpası ilə əlaqədar işlərə start verilib.

"Hazırda Şamaxı şəhəri üzrə mavi yanacağın verilişi tamamilə dayandırılıb. Günorta saatlarından etibarən təbii qazın verilişi bərpa olunacaq" - İ.Kəlbəlayev vurğulayıb.

Xəbər lenti
0