Şamaxı rayonunda baş verən zəlzələnin fəsadları

Şamaxıdan son xəbər: Camaat zəlzələnin təkrarlanacağından narahatdır

10175
(Yenilənib 11:54 06.02.2019)
Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində bir neçə evə ziyan dəyib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. Dünən gecə saat 23.20 radələrində baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunun yaşayış evlərinə, eləcə də bir sıra qeyri-yaşayış obyektlərinə külli miqdarda ziyan dəyib. Yerli sakinlərin bir çoxu yeraltı təkanların təkrarlanacağından qorxaraq gecəni küçədə keçirib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, zəlzələ nəticəsində Şamaxı rayonunun Şəhriyar qəsəbəsində bir yaşayış evində dağıntı baş verib. İlkin məlumatlara əsasən, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Daha çox dağıntı rayonun Qəleybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb. Həmin kəndlərdə səyyar tibb məntəqələri qurulub. Dağıntılar zamanı xəsarət alanların sayının artdığı və onların əksəriyyətinə ambulator yardım göstərildiyi bildirilir.

Bundan başqa, baş vermiş zəlzələ nəticəsində həyətyanı sahələrın divarları uçub. Eləcə də evlərin barılarında böyük çatlar və dağıntılar əmələ gəlib.

Baş verən zəlzələ nəticəsində rayonda elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bəzi yerlərdə hələ də elektrik enerjisi yoxdur. Bundan başqa, rayona hazırda qaz verilişi də dayandırılıb. Buna səbəb isə qaz xətlərinin sıradan çıxması və qaz borularının qırılması göstərilir. Güman olunur ki, bu gün qazın verilişi də bərpa olunacaq.

  • Şamaxı rayonunda baş verən zəlzələnin fəsadları
    Şamaxı rayonunda baş verən zəlzələnin fəsadları
    © Sputnik / Ilham Ahmadov
  • Şamaxı rayonunda baş verən zəlzələnin fəsadları
    Şamaxı rayonunda baş verən zəlzələnin fəsadları
    © Sputnik / Ilham Ahmadov
  • Kəmaləddin Heydərov Şamaxı rayonunda
    Kəmaləddin Heydərov Şamaxı rayonunda
    © Sputnik / Ilham Ahmadov
  • Kəmaləddin Heydərov əraziyə baxış keçirib
    Kəmaləddin Heydərov əraziyə baxış keçirib
    © Sputnik / Ilham Ahmadov
  • Şamaxı rayonunda baş verən zəlzələnin fəsadları
    Şamaxı rayonunda baş verən zəlzələnin fəsadları
    © Sputnik / Ilham Ahmadov
  • Şamaxı rayonunda baş verən zəlzələnin fəsadları
    Şamaxı rayonunda baş verən zəlzələnin fəsadları
    © Sputnik / Ilham Ahmadov
1 / 6
© Sputnik / Ilham Ahmadov
Şamaxı rayonunda baş verən zəlzələnin fəsadları

Zəlzələ zamanı şəhər 2 saylı tam orta məktəbin binası da qəzalı vəziyyətə düşüb. İki korpusdan ibarət olan məktəbin 2-ci korpusunun tavan hissəsi çöküb. Binanın 3-cü və 2-ci mərtəbəsində çatlar yaranıb.

Məktəbin qəzalı vəziyyətə düşən korpusuna şagird və müəllimlərin girişi qadağan edilib. Məktəbin 1-ci korpusu birmərtəbəli olduğundan binaya ziyan dəyməyib. 

Həmçinin, Şamaxının bir çox köhnə məktəb binalarında da xırda çatlar əmələ gəlib. Əraziyə aidiyyəti qurumların rəsmiləri baxış keçiriblər.

Onu da qeyd edək ki, hazırda dövlət rəsmiləri rayondadır və ərazilərə baxış keçirilir.

10175
Teqlər:
külli miqdarda ziyan, ziyan, sakinlər, yeraltı təkanlar, zəlzələ, Şamaxı
Əlaqədar
Ölkədə güclü zəlzələ oldu, dağıntı var
Azərbaycanda baş verən zəlzələ ilə bağlı yeni məlumat yayıldı
Zəlzələ nəticəsində 30 nəfər xəstəxanalıq olub
Zəlzələ ilə bağlı monitorinq aparmaq üçün işçi qrup yaradılıb
Bərdə raket mərmisi yağışı altında: Şəhərin infrastrukturu darmadağın edilir – video

Bərdədə 19 nəfər həlak olub, 60-a yaxın şəxs yaralanıb - Baş Prokurorluq

100
(Yenilənib 15:13 28.10.2020)
Kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində Bərdədə 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb.

BAKI, 28 oktyabr - Sputnik. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluq yayıb.

Məlumatda həmçinin bildirilir ki, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

100
Əlaqədar
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Bərdə şəhəri raket atəşinə tutulur, ölənlər var
Həkim Bərdə xəstəxanasındakı yaralıların vəziyyəti barədə məlumat verib – video
Ermənistan Tərtərdən sonra Bərdəni raketlə dağıtmağa cəhd edir - rəsmi
Bərdəyə hücum nəticəsində 14 dinc sakin ölüb, 40-dan çox adam yaralanıb
Baş Prokurorluq

Bərdəyə hücum nəticəsində 14 dinc sakin ölüb, 40-dan çox adam yaralanıb

85
(Yenilənib 14:48 28.10.2020)
Bu gün saat 13 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr — Sputnik. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Sputnik Azərbaycan Baş Prokurorluğa istinadla xəbər verir ki, zərbə nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

85

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti daha bir ay dayandırıldı

0
(Yenilənib 18:23 28.10.2020)
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişikliklərə əsasən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

BAKI, 28 oktyabr - Sputnik. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

Azərbaycanın bir sıra şəhər və rayonlarında ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət də noyabr ayının 28-dək uzadılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.

Həmçinin 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

0