Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri

Zəlzələ nəticəsində 30 nəfər xəstəxanalıq olub

6596
(Yenilənib 10:13 06.02.2019)
RSXM-nin baş direktoru və nazir zəlzələ bölgəsindədir

BAKI, 6 fevral — Sputnik. Dünən Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələlərlə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birlikdə zəlzələ bölgəsinə gedib. 

Bu barədə Sputnik Azərbaycan-a AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən məlumat verilib. Məlumata görə, hazırda yerli icra hakimiyyətlərinin rəhbərləri ilə birgə zəlzələ nəticəsində baş verən dağıntılarla bağlı əraziyə baxış keçirilir. Həmçinin RSXM-nin əməkdaşları da bölgəyə ezam olunub. 

Qurumdan o da bildirilib ki, baş verən zəlzələlərlə bağlı bu gün saat 16:00-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunda ( Akademiya şəhərciyi, H. Cavid prospekti 119, Geologiya və Geofizika İnstitutunun yaxınlığında ) AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli mətbuat nümayəndələri üçün brifinq keçirəcək. Baş verən zəlzələlər, bölgədəki hazırki vəziyyət və digər bütün bu kimi suallara brifinqdə aydınlıq gətiriləcək.

Bu arada, Səhiyyə Nazirliyi baş verən təbiət hadisəsi barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şamaxıda xəstəxana gücləndirilmiş rejimdə çalışıb.

"6 Təcili tibbi yardım briqadası işləyib. Təcili yardıma 30 müraciət olub. 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub" - deyə SN-dən qeyd olunub.

Rəsmi məlumata görə, xəsarət alanlara travmotologiya şöbəsində lazımı yardım göstərilib: "Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib. Bir nəfər cavan adamın həyacandan dili tutulub. O da yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. Bir nəfərin həyacandan beyninə qan sızıb. 58 yaşı var reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymətləndirilir".

Təhsil Nazirliyi də ötən gecə Şamaxıda baş verən zəlzələnin məktəblərə vurduğu ziyanla bağlı məlumat yayıb: "Zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib. Hazırda Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçirirlər".

6596
Teqlər:
Respublika Seysmoloji Xidmət Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı, Şamaxı rayonu, zəlzələ
Əlaqədar
Lerikdə zəlzələ baş verib
Azərbaycanda zəlzələ olub
Ölkədə güclü zəlzələ oldu, dağıntı var
Cənub bölgəsində zəlzələ olub
Azərbaycanda baş verən zəlzələ ilə bağlı yeni məlumat yayıldı