Арест, фото из архива

Üç yaşlı Aylinin müalicə pulunu oğurlayan ələ keçdi - VİDEO

167
Hesabdan pulu çıxaran Ramil Rüstəmov Azərbaycan vətəndaşıdır

BAKI, 4 fevral - Sputnik. Bir müddət öncə leykoz xəstəliyindən əziyyət çəkən üç yaşlı Aylin Dadaşovanın müalicəsi üçün yığılan pulları ələ keçirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Sputnik Azərbaycan bildirir ki, Bu barədə Baku TV-yə azyaşlının anası Rahilə Dadaşova məlumat verib. 

Hesabdan pulu çıxaran Ramil Rüstəmov Azərbaycan vətəndaşıdır.

Rahilə Dadaşova pulun geri qaytarılmasına sevinsə də, uşağın səhhətində yaranan digər problemlərə görə həkimlər onun müalicəsini dayandırıb. Anası deyir ki, Aylinin sağalması üçün 70 min dollar pula ehtiyac var.

Qeyd edək ki, bir müddət öncə Moskvada yaşadığı deyilən azərbaycanlı şəxs ailəyə yardım məqsədilə onları aldadaraq, hesabda olan bütün pulları ələ keçirmişdi.

167