Atelye

Tanınmış mağazalar şəbəkəsində müdhiş fırıldağın üstü açılıb, rəhbərlik həbs olunub

8696
(Yenilənib 16:15 04.02.2019)
Faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb

BAKI, 4 fevral — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları iqtisadi cinayətkarlıqla mübarizə, milyonlarla pul vəsaitinin büdcədən gizlədilməsi və bu qanunazidd əməllərlə məşğul olan cinayətkar şəbəkənin aşkar edilməsi istiqamətində növbəti xüsusi əməliyyat tədbiri həyata keçiriblər.

DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş İdarəyə daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt və bölgələrdə fəaliyyət göstərən "Lady Sharm" mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib.

Nəticədə qeyd edilən şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri "Lady Sharm"ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara "Chanel", "Fendi", "Dolce & Gabbana", "Valentino", "Chiristian Dior" , "İtterre" və digər dünyaca məhşur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib. "Lady Sharm"ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb.

  •  Lady Sharm mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat
    "Lady Sharm" mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat
    © AR DİN-nin mətbiuat xidməti

1 / 12

Əməliyyat tədbirlərinin davamı olaraq "Lady Sharm" mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib. Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb.

Araşdırmalarla, həmçinin "Lady Sharm" şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta "Made in Turkey" və "Made in İtaly" nişanları tikildiyi məlum olub.

Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşlarının peşəkarlığı sayəsində "Lady Sharm"ın "qara" mühasibatlıqlarn aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatları da əldə edilərək götürülüb. Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə "Lady Sharm" bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

8696
Teqlər:
geyim, mağaza, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Daxili İşlər Nazirliyi
Əlaqədar
Mağazadan oğurluq edən polis işdən qovuldu
Övladlarınıza mağazadan yoqurt almayın
Ukraynada zərgərlik mağazasını soyan 6 azərbaycanlı tutuldu
Mağazalarda xərclədiyiniz pulun bir hissəsi sizə qaytarılacaq, amma bir şərtlə