Post-patrul xidmətinin avtomobilləri

Cəlilabadda ev oğruları saxlanıldı

62
(Yenilənib 18:17 03.02.2019)
Evə baxış zamanı oğurlanmış əşyalar aşkar olunaraq maddi sübut kimi götürülüb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 3 fevral — Sputnik. Cəlilabadda evdən oğurluq edən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad şəhəri M.Quliyev küçəsində yaşayan B.Şahbazov evindən oğurluq edilməsi haqda Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edib. B.Şahbazov evindən elektrik generatoru, videomaqnitofon, rəqəmsal tv, peyk qəbuledicisi, kompüter monitoru, səsgücləndiricisi və digər texnikanın oğurlandığını bildirib.

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Cahid Kazımov və Nizami Mahmudov saxlanılıb. Şübhəli şəxs qismində tutulmuş C. Kazımovun yaşadığı Cəlilabad şəhərinin M.Hadi küçəsində yerləşən evə keçirilən baxış zamanı oğurlanmış əşyalar aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırmalar davam etdirilir.

62