Yol Patrul Xidməti maşını, arxiv şəkli

Ağır qəza oldu, ölən yaralanan var

84
(Yenilənib 15:46 02.02.2019)
Hadisə Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb

BAKI, 2 fevral — Sputnik. Zaqatala rayonunda yol qəzası baş verib.

Sputnik Azərbaycan-ın “Report”a istinadən məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zaqatala rayonunun Danaçı kənd sakini, 1977-ci il təvəllüdlü İsa Qurban oğlu Nuhiyev idarə etdiyi “Hyundai Accent” markalı minik avtomobilini aşırıb. Nəticədə onun yaxın qohumu - Balakən rayonunun Katex kənd sakini, 1995-ci il təvəllüdlü Abdulla Kahol oğlu Maamiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. İ.Nuhiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

84