Narkotik maddə. Arxiv şəkli

Balakən sakinlərindən narkotik götürülüb

222
(Yenilənib 13:16 02.02.2019)
Şəxsi axtarış zamanı ondan sellofan torbalarda ümumi çəkisi 133 qram narkotik vasitə, qurudulmuş marixuana aşkar edilərək götürülüb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  2 fevral — Sputnik. Balakən sakinlərindən narkotik götürülüb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən rayonun Gərəkli kənd sakini Sabir Abdullayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbalarda ümumi çəkisi 133 qram narkotik vasitə, qurudulmuş marixuana aşkar edilərək götürülüb.

  Digər bir əməliyyat tədbiri nəticəsində isə Balakən şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Kaltayevin üzərinə şəxsi axtarış keçirilən zaman kağız bükümdə çəkisi 6 qrama yaxın marixuana aşkar edilmiş və maddi sübut kimi götürülüb.

222