Qaranlıq otaq

Xətaidəki qətllə Sabunçudakı intihar arasında şok bağlantı

6134
(Yenilənib 15:22 01.02.2019)
Yaşlı qadını xüsusi amansızlıqla qətlə yetirən şəxs məlum olub, amma ona cəza verilməcək

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. Yanvarın 30-u gecə saat 02:20 radələrində Bakıdakı bağ evlərindən birində, 45 yaşlı İsmayılova Məlahət Adıgözəl qızının cəsədi tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib. 

İsmayılova Pirşağı sakini Səlimov Ruslan Qəzənfər oğlunun bağ evində kəndirlə asılmış vəziyyətdə tapılıb. İlk baxışdan elə görünə bilər ki, bu, adi intihardır. Lakin heç də məsələ bu qədər sadə deyil. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, həmin qadının adı Xətai Rayon Prokurorluğunda araşdırılan bir cinayət işi ilə bağlıdır.

Xətai rayonunun hüquq-mühafizə orqanları Sputnik Azərbaycan-a İsmayılovanın cinayətdə iştirakı ilə bağlı informasiyanı etiraf ediblər. Bununla yanaşı, məlum olub ki, məhz İsmayılovanın asılması ilə bağlı izlər 83 yaşlı Patimat Kucayevanın xüsusi amansızlıqla qətlə yetirilməsinə aparıb çıxarır.

Daha əvvəl Sputnik Azərbaycan xəbər vermişdi ki, yanvarın 27-si axşam saat 20:00-da İnqilab İsmayılov küçəsindəki 52 nömrəli evdə qoca qarının cəsədi aşkarlanıb. Qatil öz qurbanının baş, üz və boyun nahiyəsinə 20-dək bıçaq zərbəsi endirib.

O da məlum olub ki, qətl cəsədin tapılmasından iki ay əvvəl baş verib. Asayiş keşikçilərinin ehtimalına görə, Bakı şəhərinin yaşlı sakininin qatili qadın ola bilər.

İstintaq-əməliyyat qrupunun üzvləri səhv etməyiblər. Qətli İsmayılovanın törətməsindən şübhələniblər. Çünki o, qoca qarıdan müəyyən məbləğdə borc pul alıbmış (məbləğ məlum deyil) və onu qaytarmayıb.

İlkin ehtimala görə, İsmayılova müntəzəm olaraq narkotik qəbul edirmiş. Kucayeva İsmayılovadan borcunu qaytarmağı tələb edib. Borcu qaytarmaq isə borclunun planına daxil deyilmiş. Bununla da qadınlar arasında münaqişə yaranıb. İndi aydın olur ki, niyə Kucayeva tanışı olan İsmayılovanı öz mənzilinə buraxıb və niyə qətldən sonra evin qapısı bağlı olub.

6134
Teqlər:
polis, qadın, intihar, qətl
Əlaqədar
Dəhşətli qətlin detalları: Yaşlı qadını kim öldürüb?
Polis və prokurorluq ağır qətl hadisəsinin izinə düşüb
Venesuela prezidenti onun qətlinə fərman verildiyini dilə gətirib