Xəstəxana

Cəlilabadda mebel fabrikinin işçiləri xəstəxanaya yerləşdirildi

110
(Yenilənib 17:11 31.01.2019)
Fabrikdə hələ işçilərin əhvalına nəyin neqativ təsir göstərdiyini müəyyənləşdirməyiblər

 

BAKI, 1 fevral — Sputnik. Cəlilabadda mebel fabrikinin beş işçisi kimyəvi zəhərlənmə əlamətləri diaqnozu ilə xəstəxanaya aparılıb.

Bu barədə Sputnik Azərbaycan-a mərkəzi rayon xəstəxanasından məlumat verilib. Qadınlar xəstəxanaya yanvarın 30-da yerləşdirilib. Onlar mebel yapışqanı ilə işləyəndən sonra özlərini pis hiss etməyə başlayıblar.

Tibb işçiləri zərrəçəkənlərə ilkin tibbi yardım göstərdikdən sonra, həmin günün axşamı onları öz evlərinə buraxıblar.

İşçilərin zəhərləndiyi Woodpecker mebel fabrikindən faktı təsdiqləyiblər. Fabrikin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Aynur Quliyevanın sözlərinə görə, işçilər üzlük sexində tekstillə işləyiblər. Onlar iş gününün yarısında güclü halsızlıq hiss ediblər. Qadınların hamısı arterial qan təzyiqindən və baş gicəllənməsindən şikayətləniblər. Nəticədə təcili tibbi yardım çağırılıb.

Quliyeva bildirib ki, bu, onların təcrübəsində ilk belə hadisədir. Fabrikdə hələ işçilərin əhvalına nəyin neqativ təsir göstərdiyini müəyyənləşdirməyiblər.

110