Quba rayon polis şöbəsi

Qubada ağır cinayət törədilib

37
(Yenilənib 13:28 30.01.2019)
Qəsdən sağlamlığa zərər vurmaqda şübhəli hesab edilən şəxs saxlanılıb

BAKI, 30 yanvar — Sputnik. Yanvarın 29-da Quba Rayon Polis Şöbəsinə (RPŞ) Xaçmaz rayon sakini Ş.Arginiskinin qapalı kəllə-beyin və kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub. 

Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla hadisənin həmin gün saat 19.00 radələrində rayonun Gültəpə kəndi ərazisində Xaçmaz şəhər sakini X.Aydınov tərəfindən törədildiyi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən X.Aydınov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

37
Teqlər:
cinayət, xəsarət, polis, Quba
Əlaqədar
Ağcabədidə dəhşətli cinayət törədilib
İsmayıllıda tük ürpədən cinayət: Bir ailədən iki meyit çıxdı
Bakıda dəhşətli cinayət: Qoca qarının başına 7 bıçaq zərbəsi vurulub
Nazir Ramil Usubov ölkədə baş verən cinayət hadisələrindən danışıb