Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda dəhşətli cinayət: Qoca qarının başına 7 bıçaq zərbəsi vurulub

© Sputnik / Murad OrujovArxasında bıçaq gizlədən kişi, arxiv şəkli
Arxasında bıçaq gizlədən kişi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xətai rayonunda çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş yaşlı qadının cəsədi aşkarlanıb

BAKI, 28 yanvar — Sputnik. Yanvarın 27-də axşam saat 20:00-da Bakının Xətai rayonunda çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş yaşlı qadının cəsədi aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Мессенджер WhatsApp на экране смартфона, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Ər WhatsApp yazışmasına görə arvadına 11 bıçaq zərbəsi vurdu

Məlum olub ki, cinayətin qurbanı 83 yaşlı Patimat Kucayevadır. O, Xətai RPİ-nin 35-ci polis bölməsinin ərazisi olan İnqilab İsmayılov küçəsindəki 52 nömrəli çoxmənzilli evlərdən birində yaşayıb.

Məhkəmə-tibbi ekspertizanın ilkin rəyinə görə, qatil qurbanının baş nahiyəsinə 7, sifətinə 2, boynuna isə 1 bıçaq zərbəsi endirib. Qadının cəsədini ilk olaraq qonşular aşkarlayıb. Kucayeva bir neçə gün adam arasında çıxmayıb və bu, qonşuları tədirgin edib.

Hüquq mühafizəçilərinin dediyinə görə, Kucayeva bir neçə gün əvvəl öldürülüb. Hələlik qatilin hansı məqsədlə qadını qəddarcasına qətlə yetirdiyi məlum deyil. Faktın araşdırılması üçün polis və prokurorluq orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda cinayətin baş verdiyi yerdə kriminalistlər işləyir.

Xəbər lenti
0