Seyf, arxiv şəkli

Biz gecənin sirri Holdinqin seyfini, qadını mənzili qarət edənlər saxlanıldı

70
(Yenilənib 20:04 28.01.2019)
Beş ildir hüquq-mühafizə orqanlarından gizlənən şəxs və qrup şəklində cinayət törədənlər saxlanıldılar

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 28 yanvar — Sputnik. Paytaxt polisi bazar günü beş il əvvəl törədilmiş cinayətin və qrup şəklində törədilmiş soyğunçuluq faktlarının üstünü açıb.

Binəqədi rayon Polis İdarəsinin və 40-cı bölməsinin əməkdaşları yanvarın 27-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ildən axtarılan oğrunu saxlayıblar. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Oğurluqda şübhəli bilinən şəxs Bakı şəhərinin 35 yaşlı sakini İmaməliyev Çeşməli İmaməli oğludur. O, 2014-cü ildə Gilan Holdingin ofisindəki seyfdən 130 min 692 manat və 2 270 ABŞ dolları oğurlamaqda ittiham edilir. Hazırda saxlanılan şəxslə bağlı istintaq tədbirləri keçirilir.

Bununla yanaşı, Nizami RPİ bu sutka ərzində AR Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətilə birlikdə keçirdiyi əməliyyat nəticəsində Lənkəran rayonunun 47 yaşlı sakini Nifullayev Namiq Akif oğlunu saxlayıb. O, bu il yanvarın 8-də cinayətkar qrupun tərkibində qadına qarşı soyğunçuluq etməkdə günahlandırılır.

Sputnik Azərbaycan daha əvvəl məlumat vermişdi ki, Bakının Nizami rayonunda üç kişi özlərini daşınmaz əmlak alıcısı kimi təqdim edərək 58 yaşlı Bakı şəhər sakini Muqbilova Reyhanxanım Nemətulla qızının mənzilinə soxulublar. Cinayətkarlar qadını skotçla sarıyıblar və ağzını bağlayıblar. Sonra onlar evin hər yerinin altın-üstünə çevirərək pul və qiymətli əşyaları axtarıblar. Lakin cəmi 800 manat və mobil telefon tapıblar. Cinayətkarlar qadını bu vəziyyətdə qoyaraq qaçıb gizləniblər. Artıq sözügedən cinayəti törədən şəxslər də saxlanılıb.

70