Təcili tibbi yardım avtomobili

Səhiyyə Nazirliyi : Yaralılardan birinin vəziyyəti ağırdır

127
(Yenilənib 11:22 28.01.2019)
Vəli Dəmirov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib

BAKI, 28 yanvar — Sputnik. Ötən gün axşam saatlarında Biləsuvarda ağır yol qəzası nəticəsində xəsarət alan 2 nəfərdən birinin vəziyyəti ağırdır. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yaralılardan biri, 1953-cü il təvəllüdlü Vəli Dəmirov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib. Hazırda yaralının vəziyyəti ağırdır.

Digər yaralı, 2003-cü il təvəllüdlü Qəyyum Həşimov isə bel nahiyəsinin əziyi ilə xəstəxanaya yerləşdirilib. Həmin şəxsin vəziyyəti orta-ağır olaraq qalıb. Hazırda onun cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.

Qeyd edək ki, yanvarın 27-də Biləsuvar rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Hdisə yeni Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Məlumata görə, mikroavtobus İrandan geri qayıdırmış. Faktla bağlı araşdırma aparılır.

127
Teqlər:
ölü, yaralı, ağır yol qəzası, Biləsuvar
Əlaqədar
Ağır bombardmançı təyyarə qəzaya uğradı
Yol hərəkəti ilə bağlı islahatlar yol qəzalarında ölüm sayını azalda biləcəkmi?
Türkiyədə ağır qəza oldu, çoxlu sayda ölən var