Охотничья винтовка типа Винчестер, архивное фото

Samuxda gənc oğlan özünü tüfənglə vuraraq öldürüb

110
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır

BAKI, 27 yanvar - Sputnik. Samux rayonunda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə axşam saatlarında rayonun Poylu kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Alıyev Nürəddin Mülayim oğlu yaşdığı evdə ov tüfəngi ilə özünü vuraraq öldürüb. İntiharın səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

110