Ukrayna polisinin avtomobili, arxiv şəkli

Ukraynada zərgərlik mağazasını soyan 6 azərbaycanlı tutuldu

61
(Yenilənib 17:17 25.01.2019)
Saxlanılan şəxslərin üzərindən 1,5 kiloqramdan çox zinət əşyası müsadirə olunub

BAKI, 26 yanvar — Sputnik. Ukrayna polisi oğurluqda şübhəli bilinən Azərbaycan vətəndaşlarını saxlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Facebook" sosial şəbəkəsindəki hesabında yerləşdiyi məlumatda Ukrayna milli polisinin rəisinin müavini Vyaçeslav Abroskin bildirib.

Ukrayna Milli Polisinin Xarkov vilayəti üzrə cinayət axtarış idarəsi Krivoy Roq şəhərində ötən həftə zərgərlik mağazasında törədilən cinayət işi üzrə 6 azərbaycanlını saxlayıb.

Saxlanılan şəxslərin üzərindən 1,5 kiloqramdan çox zinət əşyası müsadirə olunub.

Qeyd olunur ki, oğurluq hadisəsi yanvarın 19-u baş verib.

61