Təcili tibbi yardım maşını, arxiv şəkli

Şəki sakini içki içib anasını döydü

126
(Yenilənib 19:59 25.01.2019)
Mübahisə zamanı sərxoş kişi 68 yaşlı anasını döyüb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 25 yanvar— Sputnik. Şəki şəhərində ailə münaqişəsi zamanı utancverici hadisə qeydə alınıb. Olay şəhərin Y.Süleymanov küçəsi, ev 21 ünvanında baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, içki aludəçisi olan Fariz Hacıəsədov növbəti dəfə içkili vəziyyətdə olanda anası Qəndab Hacıəsədova ilə mübahisə edib. Mübahisə zamanı sərxoş kişi 68 yaşlı anasını döyüb.

Hadisə yerinə çağırılmış Təcili Yardım Stansiyasının əməkdaşları qadına yumşaq toxumaların əziyi və sağ göz altının siyanozu diaqnozu qoyub. Rayon sakinlərinin sözlərinə görə, sözügedən ailədə bu fakt dəfələrlə təkrarlanıb.

Fakt Şəki RPŞ-i tərəfindən araşdırılır.

126