Yol Patrul xidmətinin əməkdaşı

Avtomobili ilə itkin düşən şəxs tapılıb

24
(Yenilənib 17:46 24.01.2019)
Məlumata görə, onun həmin gün saat 20 radələrində "Renault" markalı avtomobili ilə getdiyi bildirilib

BAKI, 25 yanvar — Sputnik. Yanvarın 19-da Bakı şəhər sakini R.Mirzəyevin itkin düşməsi barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Xəbərdə deyilir ki, onun həmin gün saat 20 radələrində "Renault" markalı avtomobili ilə getdiyi bildirilib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən həmin avtomobilin Bakı-Quba yolunda hərəkətdə olması müəyyən edilib.

Baş Dövlət Yol Polisi İdarəsi və 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mirzəyev "Renault" markalı avtomobillə Bakı-Quba yolunun 15-ci kilometrliyində saxlanılıb.

24