Qətl hadisəsi

Ağcabədidə dəhşətli cinayət törədilib

289
(Yenilənib 14:37 24.01.2019)
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BAKI, 24 yanvar — Sputnik. Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən Hindarx qəsəbə sakini H.Cənnətov yanvarın 20-də atası Əhliman Cənnətovun yaşadığı qəsəbə ərazisindəki fermaya baş çəkməyə getdiyini, lakin atasını və 13 baş qoyunu orada tapmadığını deyib.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində Ə.Cənnətovun yanvarın 19-da həmyerlisi M.Qasımov və onun qohumu, Şərəfxanlı kənd sakini S.Mamedzadə tərəfindən küt alətlə vurulması və kəndirlə boğularaq qətlə yetirildiyi müəyyən edilib.

O da ortaya çıxab ki, həmin şəxslər Ə.Cənnətovu öldürükdən sonra cəsədini fermanın yaxınlığında torpağa basdırıb, qoyunların isə M.Qasımova məxsus "VAZ-2107" markalı avtomobilə yüklənərək Hüsülü kəndi ərazisindəki heyvan bazarında satıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən S.Mamedzadə saxlanılıb. M.Qasımovun da tutulması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılır.

Ə.Cənnətovun meyiti eksqumasiya edilib. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

289
Teqlər:
qoyun, şəxs, cinayət, qətl
Əlaqədar
Ukraynada türkiyəli tələbələr qətlə yetirildilər
Bakıda qətlə yetirilən "Lotu Quli"nin adamı imiş
Qadın qətllərinin qorxunc statistikası - İNFOQRAFİKA