Мужчина, держащий нож за спиной, фото из архива

Ağstafada kürəkən qayınatasını bıçaqlayıb

51
(Yenilənib 23:35 23.01.2019)

BAKI, 23 yanvar - Sputnik. Ağstafa rayonunun Qaçaq Kərəm kəndində bıçaqlanma olub.

"Report"un məlumatına görə, 1971-ci il təvəllüdlü kənd sakini Əliyev Kamaləddin Dursun oğlu 1992-ci il təvəllüdlü Yolçuyev Elşən Mikayıl oğlu tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyata olunub.

İlkin məlumatlara görə, K.Əliyev mübahisə zəminində kürəkəni tərəfindən bıçaqlanıb. Hadisəyə ailədaxili mübahisə səbəb olub. Belə ki, iki ay öncə E.Yolçuyevin həyat yoldaşı ondan küsərək ata evinə gedib. O, bir neçə dəfə qayınatasının evinə gedərək yoldaşı ilə barışmağı və geri qayıtmasını istəsə də, buna nail ola bilməyib. Bu axşam isə qayınatası ilə arasında mübahisə yaranıb. Nəticədə bıçaqlanma baş verib.

Faktla bağlı araşdırma aparılır.

51