Depressiyaya düşən adam

Bakıda onkoloji xəstə ailəsinə unudulmayacaq dəhşət yaşadıb

240
(Yenilənib 16:53 23.01.2019)
Yaş yarımlıq uşağı və hamilə yoldaşı olan onkoloji xəstə intihar edib

BAKI, 23 yanvar — Sputnik. Bakıda ailə faciəsi baş verib. Yanvarın 22-də Sabunçu qəsəbəsində Ağsu rayonunun Padarqışlaq kənd sakininin cəsədi tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Reanimasiya şöbəsi, arxiv şəkli
© Sputnik / Vladimir Smirnov

İstintaqın ehtimalına görə, 29 yaşlı Elvin Seyidov intihar edib və faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

Bununla yanaşı, ilkin təhqiqat zamanı insidentin baş vermə şəraiti müəyyən edilib. Məlum olub ki, Seyidov ailəsi ilə birlikdə Sabunçu rayonunda bu yaxınlarda məskunlaşıb. Seyidovun yaş yarımlıq övladı olub və həyat yoldaşı ikinci uşağa hamilə imiş.

İstintaq müəyyən edib ki, Seyidovun depressiyaya düşməsinə səbəb onun xəstəliyi olub. Belə ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirmiş və bu səbəbdən də bu yaxınlarda onun böyrəyini kəsiblər.

Hadisədən bir gün qabaq Seyidov ailəsini Ağsu rayonuna valideynlərinin yanına aparıb və Sabunçuya qayıdaraq özünü evinin həyətində asıb. Faktla bağlı araşdırma davam edir.

240
Teqlər:
intihar, faciə, ailə, Bakı
Əlaqədar
Məşhur model intihar edib
Xərçəng xəstələri niyə intihar edir
Bakıdakı oteldə ərəb yeniyetmə intihara əl atıb