Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaçaqmal siqaretlər ələ keçib

© AFP 2023 / DAVID EBENERСигареты, фото из архива
Сигареты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobildə gizlədilən siqaretlər aşkar edilib

BAKI, 22 yanvar — Sputnik. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsi Gürcüstandan gələrkən saxlanılıb və gömrük baxışı keçirilib.

© The State Customs Committee of AR"Ford Transit" markalı nəqliyyat vasitəsi Gürcüstandan gələrkən saxlanılıb
Qaçaqmal siqaretlər ələ keçib - Sputnik Azərbaycan
"Ford Transit" markalı nəqliyyat vasitəsi Gürcüstandan gələrkən saxlanılıb

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilən 2400 ədəd "Gold Mount" markalı siqaret aşkar olunub. Faktla bağlı araşdırma başlayıb.

Xəbər lenti
0