Qızıl Meydan, Moskva, arxiv şəkli

Moskvada film kimi olay baş verib

42
(Yenilənib 19:46 21.01.2019)
Cinayətkarlar ondan 20 milyon rubl tələb ediblər

BAKI, 22 yanvar — Sputnik.  Moskvada film kimi hadisə baş verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, 3 nəfər cani bir milyonerin üzərinə hücum edərək ondan 20 milyon rubl tələb ediblər. Onlar kişinin “Porsche Cayenne” avtomobilinə minərək onun evinə gediblər. Kişinin evinə çatanda milyoner cinayətkarların əlindən çıxmağı bacarıb. O, qarajında olan gülləkeçirməyən “Mercedes Gelandewagen” avtomobilinə minib. Milyoner avtomobilini cinayətkarların üzərinə sürüb. Bu zaman o travmatik silah ilə atəş də açıb. Oğrulardan biri ayağından yaralanıb. İki nəfər isə qaçmağı bacarıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Polis bir nəfəri tutub, qaçan iki nəfər axtarılır.

42