Məhbus, arxiv şəkli

Həftəsonu 208 cinayət hadisəsi baş verib

11
(Yenilənib 14:58 21.01.2019)
Borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

BAKI, 21 yanvar — Sputnik. Həftəsonu respublikanın daxili işlər orqanları tərəfindən 208 cinayət faktı qeydə alınıb, onların da 51-i "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

11
Teqlər:
fakt, cinayət, Respublika
Əlaqədar
Bakıdakı tükürpədici cinayətin şübhəliləri yaxalanıb
Qırx altı nəfər haqqında rüşvətə görə cinayət işi açılıb
Təbiətə ziyan vuranlar cinayət başında yaxalandılar - FOTOLAR