Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda böyük əməliyyat: Narkotik satan mütəşəkkil dəstə tutuldu

© Sputnik / Murad OrujovPolis maşınları, arxiv şəkli
Polis maşınları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat zamanı külli miqdarda narkotik vasitə müsadirə edilib

BAKI, 19 yanvar — Sputnik. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan mütəşəkkil şəbəkənin üzvləri ifşa edilib.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

© AR Ministry of Internal AffairsQaradağ rayonunda ifşa edilmiş mütəşəkkil şəbəkənin üzvləri
Bakıda böyük əməliyyat: Narkotik satan mütəşəkkil dəstə tutuldu - Sputnik Azərbaycan
Qaradağ rayonunda ifşa edilmiş mütəşəkkil şəbəkənin üzvləri

Bildirilib ki, əməliyyat zamanı paytaxt sakini Ruslan Məlikov narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 1,027 qram heroin aşkar edilib. R.Məlikov ifadəsində narkotik vasitəni Nurlan adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq Qaradağ rayon sakini Nurlan Məmmədyarov da polislər tərəfindən saxlanılıb. Həmin şəxsin yaşadığı evdən və yardımçı təsərrüfata baxış zamanı 1 kiloqram 279 qram heroin, 5,026 qram tiryək, 2 kiloqram 109 qram marixuana. həmçinin 6 ədəd tüstü buraxan paket və 2 ədəd əl qumbarası da aşkar edilərək götürülüb.

© AR Ministry of Internal AffairsQaradağ rayon Polis İdarəsi
Qaradağ rayon Polis İdarəsi - Sputnik Azərbaycan
1/7
Qaradağ rayon Polis İdarəsi
© AR Ministry of Internal AffairsQaradağ rayonunda ələ keçirilmiş narkotik vasitə
Qaradağ rayonunda ələ keçirilmiş narkotik vasitə - Sputnik Azərbaycan
2/7
Qaradağ rayonunda ələ keçirilmiş narkotik vasitə
© AR Ministry of Internal AffairsQaradağ rayonunda ələ keçirilmiş narkotik vasitə
Qaradağ rayonunda ələ keçirilmiş narkotik vasitə - Sputnik Azərbaycan
3/7
Qaradağ rayonunda ələ keçirilmiş narkotik vasitə
© AR Ministry of Internal AffairsElman Əlverdiyev
Elman Əlverdiyev - Sputnik Azərbaycan
4/7
Elman Əlverdiyev
© AR Ministry of Internal AffairsNəzrin Fərzullazadə
Nəzrin Fərzullazadə - Sputnik Azərbaycan
5/7
Nəzrin Fərzullazadə
© AR Ministry of Internal AffairsNurlan Məmmədyarov
Nurlan Məmmədyarov - Sputnik Azərbaycan
6/7
Nurlan Məmmədyarov
© AR Ministry of Internal AffairsVüsal Əzizov
Vüsal Əzizov - Sputnik Azərbaycan
7/7
Vüsal Əzizov
1/7
Qaradağ rayon Polis İdarəsi
2/7
Qaradağ rayonunda ələ keçirilmiş narkotik vasitə
3/7
Qaradağ rayonunda ələ keçirilmiş narkotik vasitə
4/7
Elman Əlverdiyev
5/7
Nəzrin Fərzullazadə
6/7
Nurlan Məmmədyarov
7/7
Vüsal Əzizov

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri Elman və Nəzrin adlı şəxslərdən aldığını qeyd edəndən sonra, onların da axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat zamanı adları qeyd edilənlər – paytaxt sakinləri Nəzrin Fərzullazadə və Elman Əlverdiyev saxlanılıblar. N.Fəzrullazadənin Lökbatan qəsəbəsində yaşadığı evdən 1 kiloqram 627 qram heroin və 465 qram tiryək, E.Əlverdiyevin Xırdalan şəhərində yaşadığı evdən isə 230 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Onlar narkotik vasitələri tanımadıqları İran vətəndaşından Sumqayıt şəhərində yaşayan Vüsal adlı şəxsin vasitəsi ilə aldıqlarını bildiriblər. İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan Vüsal Əzizov da saxlanılaraq istintaq təqdim edilib.V.Əzizov narkotik vasitələri bir müddət əvvəl tanış olduğu İran vətəndaşının köməkliyi ilə satmaq məqsədi ilə ölkəərazisinə gətirdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0