Hündürmərtəbəli bina, arxiv şəkli

Bakıda evin çardağında kişi meyiti aşkarlanıb

31
(Yenilənib 20:47 15.01.2019)
Paytaxt sakinləri evin çardağında qonşunun cəsədini tapıblar

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Paytaxt sakini ölmək üçün evin çardağını seçib. Bakının Yasamal rayonunda asılmış vəziyyətdə kişi meyiti tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, yanvarın 14-də saat 21:15-də Yeni Yasamal-1 qəsəbəsindəki 11 nömrəli çoxmənzilli evin çardağında kişi meyiti tapılıb. Məlum olub ki, bu kişi həmin binada yaşayan 59 yaşlı Əliyev Səbi Şirbala oğludur. Kişi özünü asıb. Onun meyitini qonşular aşkarlayıb. Hələlik Əliyevi bu radikal addımı atmağa vadar edən səbəb məlum deyil. Sadəcə o məlumdur ki, kişi alkoqol aludəçisi olub.

Hazırda faktla bağlı Yasamal rayonunda AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

31
 Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri

Bir təpiklə can aldı

9
(Yenilənib 19:42 21.10.2020)
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 21 oktyabr — Sputnik. Tovuz rayon sakini Həsənov Aqil Ələkbər oğlunun "nazik bağırsağın zədələnməsi" diaqnozu ilə 18 oktyabr 2020-ci il tarixdə Tovuz rayon mərkəzi xəstəxanasına daxil olması, oktyabrın 20-də isə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Tovuz rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin tanışı Hüseynov Bahadur Cəfər oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aqil Həsənovun qarın nahiyəsinə təpiklə zərbə vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.

Bahadur Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

9
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

34
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

34
Lampa, arxiv şəkli

İşğaldan azad edilən rayonlarda tezliklə öz işığımız yanacaq

0
(Yenilənib 20:15 21.10.2020)
Hazırda “Azərenerji” və “Azərişıq” bütün personalı ilə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin “işə başlayın” əmrini gözləyir

BAKI, 21 oktyabr — Sputnik. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilən və ediləcək rayonlarımızda yeni 110 kV-luq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır.

İlkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, paralel olaraq “Azərişıq” ASC-də 35 kV-luq yarımstansiyaların tikilməsi ilə bağlı əlaqəli layihələndirmə işləri aparılır. Tikiləcək yarımstansiya və xətlər üçün avadanlıqlarla təchizat və başqa sahələr üzrə işlər görülür. Yarımstansiyalarda, o cümlədən yüksək gərginlikli xətlərdə işlərin ilkin olaraq sürətlə görülməsi və bundan sonra şəhərsalma işləri aparılan zaman paylayıcı elektrik şəbəkəsinin yaradılması planlaşdırılır. Ümumilikdə isə yuxarıda göstərilən 4 rayondan başqa işğaldan azad ediləcək bütün ərazilərimizdəki rayonların elektrik enerji təchizatının qurulması və mövcudların yenilənməsi üçün layihələndirilmə işləri ən sürətli şəkildə aparılır. Məqsəd işğaldan azad edilən rayon və kəndləri ən qısa vaxtda elektrik enerjisi ilə təmin etməkdir. Beləliklə, işğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımız yanacaq.

Hazırda “Azərenerji” və “Azərişıq” bütün personalı ilə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin “işə başlayın” əmrini gözləyir.

0