Külək, arxiv şəkli

İfrat təhlükəli hava şəraiti gözlənilir: Xüsusi qərargah yaradılıb

471
(Yenilənib 19:45 15.01.2019)
ETSN-nin Aparatında yaradılan Qərargahdan dövlət qurumları və Nazirliyin regional idarələri arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə operativ faktiki hava məlumatları təqdim olunacaq

BAKI, 15 yanvar — Sputnik. Ölkə ərazisində yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatında və Milli Hidrometeorologiya Departamentində Qərargahlar yaradılıb, Nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, ETSN-nin Aparatında yaradılan Qərargahdan dövlət qurumları və Nazirliyin regional idarələri arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə operativ faktiki hava məlumatları təqdim olunacaq: "Milli Hidrometorologiya Departamentində yaradılan Qərargahdan müşahidə olunan proseslə bağlı ətraflı məlumatlar - yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü ilə bağlı məlumatların hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin ediləcək və ictimaiyyətə kütləvi informasiya vasitələri vasitəsilə canlı və yazılı veriləcək. Təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar məlumatları almaq üçün birbaşa Qərargah üzvlərinə müraciət oluna bilər".

Qərargahın və Qərargah üzvlərinin telefon nömrələri:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Qərargah (012) 538 04 81

Rəşad Allahverdiyev (012) 538 54 54

İradə İbrahimova (050) 300 92 29

Tural Məmmədov (012) 538 85 13

Milli Hidrometeorologiya Departamenti

Qərargah (012) 441 11 75

Umayra Tağıyeva (050) 225 32 42

Asif Verdiyev (050) 394 12 23

Gülşad Məmmədova(050) 550 28 36

471