Növbətçi hissə

Keçən il Qubada itkin düşən qadın bu il Xaçmazda tapılıb

195
(Yenilənib 14:28 15.01.2019)
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadın tapılaraq ailəsinə təhvil verilib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Qubada itkin düşən qadın tapılıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Güləbətin Zəkiyeva
© Güləbətin Zəkiyevanın ailəsi tərəfindən təqdim edilib
Güləbətin Zəkiyeva

Rayonun Amsar kənd sakini, 48 yaşlı Güləbətin Zəkiyeva ötən il oktyabrın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 14 yanvar 2019-ci il tarixdə Xaçmaz rayonunun Arzu kənd ərazisində tapılaraq ailəsinə təhvil verilib.

195
Teqlər:
polis, qadın, Xaçmaz, Quba
Əlaqədar
Qubada itkin düşən şəxs döyülmüş vəziyyətdə tapılıb - FOTO
Bakıda Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı itkin düşüb
Türkiyədə gəmi batması nəticəsində itkin düşən Azərbaycan vətəndaşının meyiti tapılıb