Polis maşınları, arxiv şəkli

Özünü yandıran şəxslə bağlı rəsmi açıqlama verildi

399
(Yenilənib 17:42 14.01.2019)
Tərlan İslamov bölməni tərk etdikdən sonra idarə etdiyi “VAZ-2107” markalı avtomobildə saxladığı 1 qab benzini üzərinə tökərək özünü yandırıb

BAKI, 14 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) vətəndaşın özünü polis bölməsinin qarşısında yandırması barədə yayılan məlumatlara münasibət bildirib.

Sputnik Azərbaycan Report-a isttinadən xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə açıqlamasında bəzi xəbər saytlarında paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsinin sakini Tərlan İslamovun 40-cı Polis Bölməsində şikayətinə baxılmadığı barədə yayılmış iddiaların əsassız olduğunu bildirib: “Həqiqətən cari il yanvarın 12-dən 13-nə keçən gecə, saat 00.44-də əvvəllər Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmuş Tərlan İslamov DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edərək onunla əlaqədar Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində aparılan araşdırmanın gedişindən narazılığını bildirib.

Zəngdən az sonra Tərlan İslamov bölməyə dəvət edilib, lakin onun sərxoş olduğu müəyyən edildiyindən araşdırmanın gedişi barədə səhər ona ətraflı məlumat veriləcəyi, narazı qalacağı halda rayon Polis İdarəsinin və Prokurorluğunun rəhbərliyinə müraciət edə biləcəyi sonuncunun nəzərinə çatdırılıb. Lakin Tərlan İslamov bölməni tərk etdikdən sonra idarə etdiyi “VAZ-2107” markalı avtomobildə saxladığı 1 qab benzini üzərinə tökərək özünü yandırıb. Bu zaman ayıq-sayıq tərpənən polis əməkdaşları tərəfindən dərhal yanğının söndürülməsi və yaralının xəstəxanaya çatdırılması təmin olunub. Hazırda rayon prokurorluğu tərəfindən bu faktla əlaqədar araşdırma aparılır”.

O.Mansurzadə həmçinin qeyd edib ki, T.İslamovun gedişatından narazı qaldığı araşdırmanın aparılmasına isə ötən il oktyabrın 9-da rayon ərazisindəki kafelərdən birində bu şəxsin iştirakı ilə baş vermiş bir xuliqanlıq əməli səbəb olub: “Belə ki, sözügedən kafenin sahibi Vüqar Rüstəmov 9 oktyabr 2018-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün saat 01 radələrində işlətdiyi kafedə bir neçə nəfərin onu təhqir edərək döydüyünü bildirib.

Öz növbəsində Tərlan İslamov da bölməyə qarşılıqlı ərizə ilə müraciət edərək ödəmək üçün çıxardığı 130 manatının və qardaşı Tərzan İslamovun mobil telefonunun kafenin müdiri və onun əmisi oğlu tərəfindən alındığını göstərib.

Araşdırmalarla kafenin müdiri Vüqar Rüstəmovun yaranmış mübahisə zəminində iki qardaş tərəfindən döyülməsi müəyyən olunub, lakin Tərlan İslamovun göstərdiyi xüsusatlar bu zaman öz təsdiqini tapmayıb.

Binəqədi RPİ-nin İstintaq şöbəsi tərəfindən cari il yanvarın 12-də fakta görə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.

399
Əlaqədar
Ukraynada azərbaycanlı erməninin evini yandırdı
Quba sakini ədavətə görə ev yandırdı
Bakıda nəvə nənəsini öldürüb meyitini yandırdı
Ukrayna dairəsində dəhşət: 57 yaşlı kişi özünü yandırdı
Bakıda polis əməkdaşı, arxiv şəkli

Bakıda polisi bıçaqladılar

2
(Yenilənib 12:09 10.08.2020)
İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib

BAKI, 10 avqust — Sputnik. Ötən gün paytaxtın Xətai rayonu ərazisində polis əməkdaşlarına müqavimət göstərilməsi və bir nəfər polis əməkdaşına xəsarət yetirilməsi ilə bağlı prokurorluğa məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla həmin gün saat 02 radələrində həmin vaxt xidmətdə olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 3-cü patrul bölüyünün polis əməkdaşları - Vüsal Məmmədov, Kənan Qurbanlı, Elvin Tağıyev, Nihad Əliyev Xətai rayonu ərazisində bir neçə şəxsin səs-küy salaraq ictimai asayişi pozan hərəkətlərinin qarşısını almaq istəyərkən oradakı şəxslərdən biri olan Elşad Əsədovun polis əməkdaşlarını bıçaqla hədələməsinə, hadisə yerindən qaçmaq məqsədilə polis əməkdaşı Vüsal Məmmədova müqavimət göstərərək onun kürək nahiyəsinə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

2
Əlaqədar
Quliyevlər arasında bıçaqlanma - Mixayil Sənanı qanına qəltan elədi
Nərimanovda 28 yaşlı gənci bıçaqlayaraq öldürüblər
Yolda meyiti tapılan qadını öldürüblər – Qatil Bakıda saxlanıldı
Abşeronda kütləvi davada iki nəfər öldürülüb
Bakıda sevgililər bıçaqlandılar
Tüstü, arxiv şəkli

Havanı çirkləndirən sexin sahibi cəzalanıb

2
(Yenilənib 10:58 10.08.2020)
Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan "məcburi göstəriş" verilib

BAKI, 10 avqust — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Beyləqan rayonunun Milabad qəsəbəsində fəaliyyət göstərən istehsal sexindən atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı sexin sahibi Vüqar Ağalıyev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub. Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan "məcburi göstəriş" verilib.

2
Əlaqədar
Xəzəri çirkləndirənlər kimlərdir? Nazirliyin rəsmisi həyəcan təbili çalır
İlin hər fəslində təhlükəylə üz-üzəyik: qapıya asılanı yiyəsi vaxtında aparsa...
Təmizlik və yetmiş milyard dollar - həyata keçsə, yaşadıq
Üzünə həsrət qaldığımız təbiət: Bizə cəllad lazım deyil, özümüz özümüzü məhv edəcəyik
Zibilinizi yığışdırın! Yoxsa özünüz də zibilə düşə bilərsiz
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası, arxiv şəkli

Müdafiə nazirinin daha bir sabiq müavini vəfat etdi, 52 yaşı vardı

0
(Yenilənib 12:22 10.08.2020)
Fuad Məmmədov 2015-ci il avqustun 20-dən 2020-ci il iyulun 8-dək Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib

BAKI, 10 avqust — Sputnik. Azərbaycan Ordusuna ağır itki üz verib. General-leytenant Məmmədov Fuad Nadir oğlu 2020-ci il avqust ayının 10-da ürək çatışmazlığından vəfat edib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən bildirilib.

F.Məmmədov 1968-ci il yanvarın 31-də Bakı şəhərində anadan olub.

1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirib və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

© AR Ministry of Defense
General-leytenant Məmmədov Fuad Nadir oğlu

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib.

2015-ci il avqustun 20-dən 2020-ci il iyulun 8-dək Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.

Xidmətini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı idi.

F.Məmmədovun ölümü ilə bağlı Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, general-polkovnik Kərəm Mustafayev, general-leytenant Kərim Vəliyev, general-leytenant Ramiz Tahirov və general-leytenant Nizam Osmanov nekroloq imzalayıb. Nekroloqda qeyd olunub ki,general-leytenant Məmmədov Fuad Nadir oğlunun əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

0
Əlaqədar
Azərbaycanda sabiq nazir müavini vəfat etdi
Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib
General-mayor Polad Həşimov səngərdə şəhid olub - Müdafiə Nazirliyi
Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat edib
General Polad Həşimovun adı əbədiləşdiriləcək