Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şimal bölgəsində güclü yanğın - VİDEO

© Sputnik / Leyla AbdullayevaYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 10 yanvar — Sputnik. Azərbaycanın şimal bölgəsində güclü yanğın baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə Quba rayonunun Heydər Əliyev prospektində yerləşən "Birja" ticarət mərkəzində meydana gəlib.

© Sputnik / Leyla Abdullayeva"Birja" ticarət mərkəzində yanğın
Şimal bölgəsində güclü yanğın - VİDEO - Sputnik Azərbaycan
"Birja" ticarət mərkəzində yanğın

Yanğın bu gün səhər saat 10 radələrində başlayıb. Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub və yanğının qarşısını almaq mümkün olub.

Əraziyə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları da baxış keçiriblər

Yanğın zamanı 4-dən artıq mağaza, içərisindəki əşyalarla birlikdə yanıb. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb. Hazırda dəymiş ziyan hesablanır.

Xəbər lenti
0