Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gürcüstanda azərbaycanlıların vurulmasının təfərrüatı məlum oldu

© Sputnik / Levan AvlabreliПолицейская оградительная лента на месте преступления в Грузии, фото из архива
Полицейская оградительная лента на месте преступления в Грузии, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 10 yanvar – Sputnik. Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşınının törətdiyi qəza nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycanın Gürcüstandakı Səfirliyinin konsulluq məsələləri üzrə birinci katibi Elçin Məmmədov deyib.

Страны мира. Грузия - Sputnik Azərbaycan
Gürcüstanda üç terrorçunun cəsədindən xilas ola bilmirlər

Onun sözlərinə görə hadisə ilə bağlı səfirlik nümayəndələri araşdırma aparıb, hadisə yerində olublar: "Şəxsən özüm hadisə yerində olub, xəsarət alanlarla görüşmüşəm. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və xəsarət alanlar Gürcüstan vətəndaşlarıdır. Yəni Azərbaycan əsilli Gürcüstan vətəndaşlarıdır. Dünyasını dəyişən şəxs Bolnisi rayon sakinidir. Mərhumun dəfn mərasimi sabah olacaq. Yaralananlar isə Bolnisi və Marneuli rayon sakinləridir. Mətbuatda həmin şəxslərin Azərbaycan vətəndaşları olması barədə yanlış məlumat verilib. Hadisə ilə bağlı bütün məsələlər nəzarətimizdədir. Hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyində oldum və məsələ ilə Azərbaycan tərəfinin maraqlandığını bildirdim. Biz hadisəni törədən şəxsin qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını diqqətdə saxlayacağıq".

E.Məmmədov bildirib ki, hadisə təcili tibbi yardım avtomobilinin sürücüsünün yuxulu olması nəticəsində baş verib: "11 nəfər Azərbaycan əsilli Gürcüstan vətəndaşı bu gün səhər saat 07:50-də işlədikləri tikinti şirkətinə daxil olarkən təcili yardım avtomobilinin sürücüsü sükan arxasında yatdığından avtomobili həmin şəxslərin üstünə sürüb. Hadisə nəticəsində 1 soydaşımız dünyasını dəyişib, 10 nəfər ağır xəsarət alıb".

Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti
0