Əli qandallanmış adam, arxiv şəkli

Dövlət Gömrük Komitəsinin 4 vəzifəli əməkdaşı tutuldu

370
(Yenilənib 20:19 08.01.2019)
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 312, 311,308 və 206-cı maddələri üzrə cinayət işi başlanılıb

BAKI, 8 yanvar — Sputnik. Dövlət Gömrük Komitəsinin daha 4 vəzifəli əməkdaşı saxlanılıb.

Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, Gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini aşmaq və qulluq mövqeyindən sui-istifadə etməklə elektron ticarət sahəsində fəaliyyət göstərən şirkətlər və şəxslərlə cinayət əlaqəsinə girməkdə şübhəli bilinən Dövlət Gömrük Komitəsinin Poçt göndərişləri gömrük postunun rəisi İsmayıl Abdullayev, postun rəis müavini Rəşad Rzayev, postun böyük inspektoru Səbuhi Hüseynov, Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Elizbər Rəhimov saxlanılıb.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 312, 311,308 və 206-cı maddələri üzrə cinayət işi başlanılıb.

Xidməti vəzifələrinin icrasına səhlənkar yanaşaraq əmək vəzifələrini kobud şəkildə pozduqlarına görə Dövlət Gömrük Komitəsi sədrinin 6 dekabr 2018-ci il tarixli əmri ilə Poçt göndərişləri gömrük postunun rəisi İsmayıl Abdullayev, rəis müavini Rəşad Rzayev, postun böyük inspektoru Səbuhi Hüseynov, Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Elizbər Rəhimov "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinə əsasən, gömrük orqanlarından xaric edilib, barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Onu da qeyd edək ki, faktla bağlı bu gün sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində rəsmi məlumatlara əsaslanmayan, yanlış şərhlərlə xəbərlər paylaşılıb.

Komitə bildirir ki, fakt üzrə məlumatların ictimaiyyətlə paylaşılmaması əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi ilə bağlı olub.

370
Teqlər:
cinayət işi, Həbs, rəis, əməkdaş, Dövlət Gömrük Komitəsi
Qandal, arxiv şəkli

Bərdədə kriminal qarşıdurma: vəzifəli şəxslər rayona ezam olundular

200
(Yenilənib 18:56 12.08.2020)
Bir nəfərin öldüyü, üç nəfərin yaralandığı davaya görə təxminən 27 nəfər saxlanılaraq istintaqa cəlb olunub

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Bərdədə kütləvi dava olub. Hadisə ötən gecə saat iki radələrində rayonun Şorəlli kəndində qeydə alınıb. Kənd sakinləri avtomat atəşlərinin səsini eşidiblər. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, hadisə kriminal qruplaşmaların qarşıdurması zəminində yaranmış mübahisə nəticəsində baş verib. Qarşıdurmada iştirak edənlər arasında Şəmkir və Yevlax rayonlarının sakinlərinin də olduğu bildirilir. 

Bərdə Rayon Mərkəzi Xəstəxanasından əldə etdiyimiz məlumata görə, 1984-cü il təvəllüdlü Bağırov Rauf Qalib oğlu, 1991-ci il təvəllüdlü Əzizov Nicat Allahverdi oğlu və 1994-cü il təvəllüdlü Abbasov Adıgözəl Cənnətəli oğlu yaralanıblar. Onların vəziyyətləri ağır qiymətləndirilir.

Dava zamanı Göyüşlü kənd sakini, 1990-cı il təvəllüdlü Camalov Mənsur Kamil oğlu vəfat edib.

Hadisə ilə bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb. Son məlumata görə, hadisənin 27-yə qədər iştirakçısı saxlanılaraq istintaqa cəlb olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təcrübəli prokurorluq və polis əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, eləcə də Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri rayona ezam olunublar. Törədilmiş cinayət hadisəsinin xarakter və mürəkkəbliyi nəzərə alınmaqla Baş prokuror tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

200
Əlaqədar
Abşerondakı kütləvi davada ölü və yaralı sayı artıb
Kirayəşin digər kirayəşini bıçaqlayıb öldürdü
Şabran polisi əməliyyat keçirdi: üç rayon sakini saxlanıldı
Bakıda polisi bıçaqladılar
Aktyor Mixail Yefremov, arxiv şəkli

Məşhur aktyorun səhhəti məhkəmə zalında pisləşdi

8
(Yenilənib 18:30 12.08.2020)
Avqustun 11-də məhkəmədə ölümcül qəzada ittiham olunan aktyor dindirilməli idi. Bundan əlavə, dörd zərərçəkən sənətkara qarşı mülki iddia qaldırmalı idi.

BAKI, 12 avqust — Sputnik. Rusiyalı aktyor Mixail Yefremov Moskvanın Presnya rayon məhkəməsinin binasından xəstəxanaya aparılıb. Aktyorun vəkili Elman Paşayev Yefremovun huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirildiyini bildirib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, vəkilinin dediyinə görə, o, insult keçirib. Həkimlər faktı təsdiqləyiblər.

Avqustun 10-da Elman Paşayev müvəkkilinin səhhətinin pisləşdiyi barədə xəbər vermişdi.

Avqustun 11-də məhkəmədə ölümcül qəzada ittiham olunan aktyor dindirilməli idi. Bundan əlavə, dörd zərərçəkən sənətkara qarşı mülki iddia qaldırmalı idi.

Mixail Yefremov xəstəxanaya yerləşdirildiyi üçün onun işi üzrə məhkəmənin vaxtı yenə dəyişib.

Xatırladaq ki, Mixail Yefremov iyun ayında yol hərəkəti qaydalarını pozaraq, sərxoş vəziyyətdə avtomobilin idarə olunması və qəsdən adam öldürülməsi ittihamı ilə saxlanılıb və ev dustağı edilib. Aktyoru 5 ildən 12 ilə qədər həbs cəzası gözlədiyi bildirilirdi. Sonradan onun qanında alkoqol və narkotik izləri tapıldığından cəzanın 12 il olacağının qaçılmazlığı vurğulanır.

Qeyd edək ki, Rusiya kino və teatr tarixinə adını qızıl hərflərlə yazmış aktyor və rejissor "Kişi ziqzaqı", "Kraliça Marqo", "Hipnoz", "Fransız", "Bayram", "Coker", "Birinci ev", "Cərrah Mişkinin günləri" və s. filmlərində rol alıb.

8
20th Century Fox şirkətinin loqosu, arxiv şəkli

Rəqəm, projektor işıqları şeypur səsi: "20th Century Fox" brendi daha olmayacaq

0
(Yenilənib 21:05 12.08.2020)
Filmlərin əvvəlində loqosunu görməyə öyrəşdiyimiz "20th Century Fox" brendinə son qoyulub. "Disney" belə istəyib

BAKI, 12 avqust — Sputnik. "Walt Disney" şirkəti əyləncə sənayesinin ən məşhur adlarından biri olan "20th Century Fox" brendinə son qoyub.

Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, "Disney" yanvarda 85 yaşı olan "20th Century Fox" şirkətinin adını "20th Century Studios" kimi dəyişib.

Ötən il "Disney" imzaladığı 71,3 milyard dollarlıq müqavilə ilə mediamaqnat Rupert Merdokun "Fox" media aktivlərinin əsas hissəsini alıb.

"Disney" eyni zamanda digər televiziya studiyalarının adını dəyişdirib. Məsələn, "ABC Studios" və "ABC Signature Studios" rebrendinqdən sonra "ABC Signature", "Fox 21 Television Studios" isə "Touchstone Television" adlanıb.

Bu ilin əvvəlində "20th Century Fox" kinostudiyasını rebrendinq etdikdən sonra "Disney" şirkətinin Merdoka məxsus "sağçı" "Fox News" şəbəkəsindən uzaqlaşmaq istədiyi ehtimalı səslənib.

"20th Century Fox" kinostudiyası "Avatar" və "Titanik" kimi bütün zamanların ən böyük filmləri ilə məşhurdur. Kinostudiya 1935-ci ildə "Twentieth Century Pictures" və "Fox Films" şirkətlərinin birləşməsi nəticəsində yaranıb.

"Disney"in hazırda sahib olduğu şirkətlər sırasında "Star Wars" franşizasının yaradıcısı "Lucasfilm" və "Marvel Studios" var.

0
Əlaqədar
Əfsanəvi kinostudiya film istehsalını dayandırdı
Cizgi filminin sonu - "Disney" koronavirusa görə işçilərini məzuniyyətə göndərir
“Karib dənizinin quldurları”nda qəribə dəyişiklik olacaq
Şahzadə Harri arvadı üçün iş istəyib - VİDEO
"Taxt-tac oyunları"ndan "Marvel"ə - Con Snou superqəhrəmana çevriləcək