Astara rayon Polis Şöbəsi

Azərbaycana keçirilən külli miqdarda narkotik aşkarlandı - FOTOLAR

29
(Yenilənib 19:19 08.01.2019)
6 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarıldı

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Astara rayonunda ələ keçirilən narkotik
© Sputnik / Rahim Zakiroghlu
Astara rayonunda ələ keçirilən narkotik

Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının Astara rayonunun Sərək kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd sakini Rüfət İsmayılovun yaşadığı evdən ayrı-ayrı bükümlərdə çəkisi 6 kiloqram 210 qram narkotik vasitə olan həşiş qətranı, 56 qram marixuana, 10 qram psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Astara rayon sakini Rüfət İsmayılov
© Sputnik / Rahim Zakiroghlu
Astara rayon sakini Rüfət İsmayılov

Araşdırmalar zamanı o da müəyyən edilib ki, R.İsmayılov narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan Cavanşir adlı şəxsdən əldə edib. Məlumat üçün bildirək ki, saxlanılan Rüfət İsmayılov əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

29