Ailə münaqişəsi

Daha bir məişət zorakılığı: şuşəni həyat yoldaşının üzünə çırpdı

123
(Yenilənib 17:30 07.01.2019)
Ər qadın yatdığı yerdə butulkanı üzünə çırpdı

BAKI, 7 yanvar — Sputnik. "Tanışların verdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Şəmkir rayon sakini Kazımova Gülnarə Zakir qızı yatarkən həyat yoldaşı əlindəki şüşə butulkanı onun üzünə çırpıb. Qadın ağır xəsarət alıb". Sputnik Azərbaycan Azərbaycan Qadın və Uşaq Sığınacağından bu haqda məlumat daxil olub. Məlumatda qeyd olunur ki, qadının həyat Ataşov Zeynal Ramiz oğlu içki aludəçisidir.

"Biz həmin qadının hüquqlarının müdafiəsi üçün onu sığınacağımıza dəvət etmişik. Hələ ki, qadın sığınacağımıza gətirilməyib" - deyə verilən məlumatda bildirilib.

Baş vermiş olayla əlaqədar olaraq artıq Ataşov Zeynal Ramiz oğlu saxlanılıb. Hadisənin digər detalları haqda isə hələ ki, ətraflı məlumat verilməyib.

Qeyd edək ki, ailənin iki övladı var.

 

123