Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyə sahillərində gəmi batıb, göyərtəsindəki azərbaycanlıların taleyindən xəbər yoxdur

© AP Photo / Emrah GurelМашина скорой помощи в Турции, фото из архива
Машина скорой помощи в Турции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gəmidəki 13 nəfər heyət üzvündən 7-si xilas edilib, xilasetmə işləri davam etdirilir

BAKI, 7 yanvar — Sputnik. Türkiyənin Samsun şəhərinin sahillərinə yaxın ərazidə, Panama bayrağı altında üzən gəmi batıb. Gəminin batdığına dair siqnal alınandan dərhal sonra xilasetmə əməliyyatlarına başlanılıb.

Sputnik Türkiyə-nin məlumatına görə, xilasetmə əməliyyatı zamanı gəmidəki 13 nəfərlik heyətdən 7-si sağ qurtarılıb, 2 nəfərinsə meyiti tapılıb.

Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) Panama bayrağı altında üzən bir gəminin batdığı barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Samsun sahillərindən 77 mil (130 km) uzaqlıqda Panama bayrağı altında üzən gəminin batdığına dair həyəcan siqnalı gələndən dərhal sonra xilasetmə işlərinə başlanılıb.

"Sahil Mühafizəsinə aid 2 gəmi, biri Hərbi Hava Qüvvələrinə aid olmaqla 3 helikopter və bir təyyarə xilasetmə istiqamətində fəaliyyət göstərib. Gəmidəki 13 nəfər heyət üzvündən 7-si xilas edilib. Xilasetmə işləri davam etdirilir. Səhiyyə Nazirliyinin təcili tibbi yardım helikopteri Sahil Mühafizəsinin Samsun Hava Qrupu Komandanlığında gözləyir" - deyə DİN-in məlumatında qeyd olunur.

Nazirliyin açıqlamasında 2 nəfərin cəsədinin tapıldığı da vurğulanır. Batan gəminin 13 nəfərlik heyət üzvündən 9-unun Ukrayna, 2-sinin Azərbaycan, 2-sinin də Rusiya əsilli olduğu bildirilir. Gəminin kömürlə yükləndiyi və qəza nəticəsində iki yerə parçalandığı məlum olub.

Xəbər lenti
0