Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daş karxanasında yenə faciə baş verib

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidКарьер добычи камня, фото из архива
Карьер добычи камня, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qaradağ rayonunda növbəti dəfə istehsalat prosesində işçinin ölümü faktı qeydə alınıb

BAKI, 7 yanvar — Sputnik. Bakının Qaradağ rayonunda növbəti dəfə istehsalat prosesində işçinin ölümü faktı qeydə alınıb. Sputnik Azərbaycan Qaradağ Rayon Polis İdarəsinə istinadla xəbər verir ki, hadisə bazar günü baş verib.

Yanvarın 6-sı saat 16.00-da Korgöz qəsəbəsi ərazisində yerləşən daş karxanasında, Şamaxı rayonunun 38 yaşlı sakini Mehdiyev Vüqar Əlizadə oğlu daşla dolu yük maşınının altında qalıb. O, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, Bakı ətrafındakı daş karxanalarında ilk ölüm hadisəsi deyil. Bundan əvvəl də işçilərin təhlükəsizliyi ilə bağlı müvafiq tədbirlərin görülməməsi səbəbindən işçilərin ölüm halları qeydə alınıb. 

Səhiyyə Nazirliyi - Sputnik Azərbaycan
HADİSƏ
Səhiyyə Nazirliyi faciəli hadisə barədə son duruma aydınlıq gətirib

Məsələn, ötən il oktyabrın 16-da Xəzər rayonunda yerləşən daş karxanasında Yardımlı rayon sakini dünyasını dəyişib. Hadisə Zirə qəsəbəsində qeydə alınıb. Əmirov Abiddin Ağamir oğlu daş kəsərkən ölüb. Bir qaya parçası daşkəsən aqreqatdan sıçrayaraq onun sinəsinə batıb və bu, ölümcül olub.

2018-ci il noyabrın sonlarında Abşeron rayonu ərazisində aparılan monitorinqlər nəticəsində fəaliyyətində qanun pozuntuları aşkarlanan 14 daş karxanasının işi dayandırılıb. Həmin daş karxanaları kənd təsərrüfatı fəaliyyətləri üçün nəzərdə tutulmuş ərazilərdə təşkil olunduğu üçün ləğv edilib.

Ümumilikdə, 2018-ci ildə ölkədə 588 daş və qum karxanası fəaliyyət göstərib. Onlardan 256 obyektin fəaliyyəti "Torpaq məcəlləsi"nin tələblərinin pozulması səbəbindən dayandırılıb.

Xəbər lenti
0