Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda avtobus evakuatorla toqquşub

© Photo : APAQəza avtobus
Qəza avtobus - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə yollanıb və araşdırmalara başlanılıb

BAKI, 6 yanvar — Sputnik. Binəqədi-Balaxanı yolunda yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Masallı rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
HADİSƏ
Bir gündə 2 avtomobil qaçırıb qəza törətdi

Onun sözlərinə görə, qəza saat 17:00 radələrində baş verib: ""Qazel" markalı nəqliyyat vasitəsini daşıyan təxliyyə avtomobili 108B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşub.

Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə yollanıb və araşdırmalara başlanılıb. Qəza zamanı avtobusun sürücüsü və bir nəfər sərnişin xəsarət alıb.

İlkin məlumata görə, hadisə təxliyyə avtomobili sürücüsünün dönmə əməliyyatını düzgün icra etməməsi səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq".

Xəbər lenti
0