Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli

Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan avtobus aşdı

6759
(Yenilənib 13:59 06.01.2019)
Hadisə zamanı mikroavtobusda 13 nəfər olduğu qeyd edilir.

BAKI, 6 yanvar – Sputnik. Rusiyanın Stavropol diyarında içində Azərbaycan vətəndaşları olan mikroavtobus aşıb. Nəticədə 6 nəfər yaralanıb.

Sputnik Azərbaycan RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

"Saat 10.45-də informasiya daxil oldu ki, Levokumski kəndinin 1 kilometrliyində Azərbaycan-Moskva marşrutu ilə hərəkət edən və Azərbaycan vətəndaşlarını daşıyan "Mercedes" markalı marşrut mikroavtobusu aşıb" – deyə məlumatda bildirilir.

Hadisə zamanı mikroavtobusda 13 nəfər olduğu qeyd edilir.

"İlkin məlumata görə, 6 nəfər yaralanıb. Xəsarət alanlar Levokumski rayon xəstəxanasına aparılıb. Yanğın olmayıb, yol bağlanmayıb" – idarənin məlumatında vurğulanır.

6759