Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda güclü külək ağacı kökündən çıxartdı

© Sputnik / Ilham MustafayevGüclü külək bir sıra fəsadlar törədib
Güclü külək bir sıra fəsadlar törədib - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtda bir gündə 16 ağac sınıb

BAKI, 5 yanvar — Sputnik. Bakıda ötən gün axşam saatlarından başlayan güclü külək nəticəsində indiyədək şəhərin müxtəlif yerlərində 16 ağac aşma hadisəsi baş verib.

Bunu Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, aşma hadisələri Bakının Nəsimi və Yasamal rayonlarında qeydə alınıb.

O.Məmmədov əlavə edib ki, külək bir çinar ağacını kökündən çıxarıb, daha 15 çinar, qarağac, qovaq və sərv ağaclarının isə budaqları sınıb.

Birlik rəsmisi dünən gecədən heyətin gücləndirilmiş iş rejimində çalışdığını da qeyd edib.

Xəbər lenti
0