Ceyran Nəriman

Azərbaycanlı aparıcı dünyasını dəyişdi

885
(Yenilənib 15:48 04.01.2019)
"Kömək edə bilmədik, Ceyranım haqqın rəhmətinə qovuşdu"

BAKI, 4 yanvar — Sputnik. Xərçəng xəstəsi olan aparıcı Ceyran Nəriman dünyasını dəyişib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda aparıcının yaxınları sosial şəbəkədə statuslar paylaşıblar.

Aparıcı Arzu Umut da sosial şəbəkə profilində "Kömək edə bilmədik. Ceyranım haqqın rəhmətinə qovuşdu" - deyə yazıb.

Qeyd edək ki, aparıcı bir müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xatırladaq ki, C.Nəriman Sumqayıtda yayımlanan "Dünya TV"-də çalışırdı. Daha öncə isə "Space" televiziyasında aparıcı olmuşdu.

885
Teqlər:
xərçəng, vəfat, aparıcı
Əlaqədar
Şabranda 3 gün əvvəl özünü asan şəxs vəfat edib
Masallı faciəsində xəsarət alan daha 2 uşaq vəfat edib
İranın tanınmış din xadimi vəfat edib