Оснащение кареты скорой помощи, фото из архива

Mingəçevirdə əlində fişəng partlayan yeniyetmə Bakıya göndərilib

175
Nəticədə 12 yaşlı yeniyetmənin sol gözü zədələnib

BAKI, 1 yanvar - Sputnik. Mingəçevir şəhərində əlində pirotexniki vasitə partlayan yeniyetmənin vəziyyəti ağır olduğundan Bakıya göndərilib. 

"Report"un verdiyi məlumata görə, iki gün əvvəl 2007-ci il təvəllüdlü Yusif Sadıq oğlu İsmayılovun əlində fişəng partlayıb. 

Nəticədə 12 yaşlı yeniyetmənin sol gözü zədələnib. O, müayinə və müalicəsinin davam etdirilməsi məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yerləşdirilib. 

175
Yerli sakinlər və rəsmilər İzmirdə zəlzələdən sonra sağ qalanları axtarırlar

Qurban Yetirmişli: Dualarımız Türkiyədəki qardaşlarımızladır

16
Türkiyənin bir çox bölgələri, eləcə də Egey dənizi bölgəsi seysmik baxımdan aktiv zonadır. Vaxtaşırı həmin bölgədə güclü və hiss olunan zəlzələlər baş verir.

BAKI, 30 oktyabr - Sputnik. “Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən afterşoklar AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Seysmik Monitorinq Şəbəkəsi tərəfindən qeydə alınıb. Hazırda qardaş ölkədə baş verən zəlzələ ilə bağlı müşahidələrimizi davam etdiririk. Bizim bu sahədə qardaş ölkənin müvafiq qurumları - Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Kandilli Rəsədxanası ilə ikitərəfli əməkdaşlığımız və məlumat mübadiləmiz var. Türkiyənin bir çox bölgələri, eləcə də Egey dənizi bölgəsi seysmik baxımdan aktiv zonadır. Vaxtaşırı həmin bölgədə güclü və hiss olunan zəlzələlər baş verir. Bu gün baş verən zəlzələ də Egey dənizi zonasında olub”.

Sputnik Azərbaycan bildirir ki, bunu RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli söyləyib. O, İzmirdəki zəlzələ zamanı insan təlafatının və yaralıların olmasına görə kədərləndiyini və qardaş Türkiyə xalqının yanında olduqlarını bildirib.

“Türkiyə bizim təkcə qonşu və yaxın əməkdaşlıq etdiyimiz dövlət deyil. Türkiyə bizim qardaş ölkəmizdir. Ulu Öndərimizin dediyi kimi, biz “Tək millət, iki dövlətik”. Son hadisələr zamanı bunu bütün dünya da bir daha gördü. Ona görə də türk qardaşlarımızın kədəri bizim kədərimizdi. Düzdür, zəlzələ təbii fəlakətdir və onun qarşısını almaq mümkün deyil. Biz Türkiyəyə və qardaş türk xalqına əmin-amanlıq arzu edirik. Dualarımız Türkiyədəki qardaşlarımızladır. Allah Türkiyə dövlətini və xalqını qorusun!”

16
Teqlər:
Qurban Yetirmişli, zəlzələ, Aydın, İzmir, Türkiyə
Əlaqədar
Mehriban Əliyeva Türkiyəyə dəstəyini bildirdi: Kədəriniz kədərimizdir
İlham Əliyev Ərdoğana zəng vurdu: Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq
Türkiyədə bir gündə iki zəlzələ: ölən və xəsarət alanların sayı artdı - YENİLƏNİB
Baş Nazir Əli Əsədov Türkiyənin Vitse-prezidentinə kömək təklif etdi
Ceyhun Bayramov İzmirdəki zəlzələ barədə: "Keçmiş olsun, dualarımız sizinlə!"
Yerevanda təcili yardım avtomobili

Ermənistanda tibb mərkəzində partlayış baş verib

42
(Yenilənib 15:56 30.10.2020)
Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib ki, ilkin məlumata görə, oksigeni çatdırma sistemi partlayıb

BAKI, 30 oktyabr — Sputnik. Ermənistanda tibb mərkəzində parlayış baş verib. Sputnik Ermənistan xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Spitak şəhərində baş verib.

Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib ki, ilkin məlumata görə, oksigeni çatdırma sistemi partlayıb: "Hadisənin təfərrüatları dəqiqləşdirilir. Əlavə məlumat veriləcək".

42
İzmirdə

İzmirdə seli lentə alan operator nənəsinin meyitini tapdı

0
İzmirdə baş verən güclü zəlzələdən sonra meydana gələn seli lentə alan operator nənəsinin meyitini tapıb. Gəncin və ətrafdakıların köməyilə meyit sudan çıxarılıb.

BAKI, 31 oktyabr — Sputnik. İzmirdə baş verən güclü zəlzələdən sonra meydana gələn seli lentə alan operator nənəsinin meyitini tapıb.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı görüntüləri "Haber Global" yayıb.

Gəncin və ətrafdakıların köməyilə meyit sudan çıxarılıb.

Xatırladaq ki, ötən gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub.

Türkiyə Fövqəladə Hallar Nazirliyinin (AFAD) məlumatına görə, zəlzələnin episentri İzmirin Seferihisar rayonudur. Beş binanın tamamilə dağıldığı, xeyli evin zərər gördüyü bildirilir. İnsanlar panikaya düşərək küçələrə çıxıblar. Hazırda İzmirdə baş verən zəlzələdə dünyasını dəyişənlərin sayı 24-ə yüksəlib. Xəsarət alanların sayı artıq 804-dür.

Dağılan 4 binanın ərazisində xilasetmə işləri başa çatıb, daha 13-də isə hələ də davam edir. Bildirilir ki, birinci zəlzələdən sonra ən böyük maqnitudası 5,1 olan 400-dən çox təkan (afterşok) qeydə alınıb.

0
Əlaqədar
Türkiyədə bir gündə iki zəlzələ: ölən və xəsarət alanların sayı artdı - YENİLƏNİB
Putin Ərdoğana başsağlığı verdi
Zəlzələdən sonra Türkiyədən ürək ağrıdan görüntülər - FOTO
İzmirdə yenə zəlzələ olub, ölən və yaralananların sayı artıb