Железная дорога, фото из архива

Qatar qəzasi ilə bağlı rəsmi açıqlama verildi

6754
(Yenilənib 13:18 30.12.2018)
Hadisənin nəticələri 3 saat ərzində tam aradan qaldılıb

BAKI, 30 dekabr - Sputnik. "30.12.2018-ci il tarixində saat 03-15 radələrində Ləki-Yevlax mənzilinin 257-ci km., piket 10-da ATEF şirkətlər qrupuna məxsus universal nəqliyyat vasitəsi keçiddən keçərkən mühərriki sönüb, həmin keçiddə qalıb və toqquşma hadisəsi baş verib. Dərhal görülmüş tədbirlər nəticəsində qəzanın qarşısı alınıb. Hadisə nəticəsində heç bir xəsarət alan olmayib".

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Sputnik Azərbaycan-a bu gün Yevlaxda baş verən qatar qəzasını şərh edərkən bunları deyib.

"Hadisənin nəticələri 3 saat ərzində tam aradan qaldılıb və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti həmin ərazidə nəzərdə tutulan olan maksimal süraətlə fəaliyyətini tam bərpa edib. Bu səbəbdən həmin istiqamətdə hərəkət edən qatarların mənzil başına çatmasında 2-3 saat gecikmələr baş verib. Bir daha qeyd edim ki, həmin istiqamət üzrə hərəkət edən qatarların hərəkəti tam bərpa olunub, heç bir mədudiyyət tətbiq olunmur və hal hazırda qatarlar gündəlik qrafik üzrə hərəkət edirlər" - Qədirova bildirib.

6754
Teqlər:
Sevinc Qədirova, Yevlax, Qatar qəzası
Əlaqədar
Yevlaxda dəhşətli qəza: Piyadanı dalbadal 2 maşın vurdu
Yevlaxda sərnişin qatarı qəzaya uğradı