Нож в руке мужчины, фото из архива

Paytaxtda polis əməkdaşı bıçaqlanıb

103
(Yenilənib 16:50 29.12.2018)
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ə.Əsgərov tutulub

BAKI, 29 dekabr - Sputnik. Bakıda polis vəzifə başında bıçaqlanıb.

DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsi əməkdaşları tərəfindən dekabrın 27-də Bakı şəhər sakini O.Məmmədlini bıçaqla hədələyib 1300 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə almış Şəmkir rayon sakini, əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş Əli Əsgərov yaxalanarkən polis əməkdaşına bıçaqla xəsarət yetirib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ə.Əsgərov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

103
Teqlər:
Bakı, Bıçaqlanma, Polis, Nəsimi rayonu
Əlaqədar
Bıçaqlandı, amma özü yıxıldığını dedi
Daşkəsəndə gənc oğlan bıçaqlandı
Mingəçevirdə məcburi köçkün gənc bıçaqlandı
Özbəkistanda dəhşətli qətl: DİN idarə rəisi otağında bıçaqlandı
Gömrükçülər daha bir uğurlu əməliyyat nəticəsində 527 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar

Gömrükçülərin daha bir uğurlu əməliyyatı - bu dəfə yarım ton narkotik aşkarlandı

80
(Yenilənib 20:27 20.09.2021)
Nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də, kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verib və yük avtomobilində əsaslı yoxlama aparılıb.

BAKI, 20 sentyabr — Sputnik. Gömrükçülər daha bir uğurlu əməliyyat nəticəsində 527 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Latviya Respublikasına "kimyəvi maddə və quruducu qatqı" yükü aparan İran İslam Respublikası vətəndaşı Sıasatı Ashkan Bahmanın idarə etdiyi "Renault" markalı "JJ056WW/FF106T" dövlət nömrə nişanlı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də, kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verib və yük avtomobilində əsaslı yoxlama aparılıb.

  • Gömrükçülər daha bir uğurlu əməliyyat nəticəsində 527 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar
    © The State Customs Committee of AR
  • Gömrükçülər daha bir uğurlu əməliyyat nəticəsində 527 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar
    © The State Customs Committee of AR
  • Gömrükçülər daha bir uğurlu əməliyyat nəticəsində 527 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar
    © The State Customs Committee of AR
1 / 3
© The State Customs Committee of AR
Gömrükçülər daha bir uğurlu əməliyyat nəticəsində 527 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar

Nəticədə, avtomobildə olan paletlərdəki 105 ədəd 10 litrlik metal qabların hər birinin içərisində 1 ədəd olmaqla, ümumilikdə 105 ədəd şəffaf paketə qablaşdırılmış maye halında, tünd qəhvəyi rəngli, spesifik qoxu ilə müşayiət olunan narkotik vasitə - heroin aşkar edilib. Baxış zamanı paketlər elektron tərəzidə çəkilib və təqribi çəkisinin 527 kq 600 qram olduğu müəyyənləşib.

Aparılan təhlillər onu göstərir ki, narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplar əvvəllər Azərbaycanın işğal altında olan nəzarətsiz torpaqlarından rahat şəkildə tranzit marşrut kimi istifadə edərək məqsədlərinə çatırdılar. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra "rahat marşrut"ları əldən çıxan cinayətkarlar öz çirkin əməllərini gerçəkləşdirmək üçün narkotikləri digər marşrutlardan-dövlət sərhədinin mühafizə olunan hissəsindəki gömrük-sərhəd buraxılış məntəqələrindən keçirməyə cəhd göstərirlər. Lakin gömrükçülərin sayıqlığı nəticəsində bu kimi cəhdlərin qarşısı qətiyyətlə alınır və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

80
Teqlər:
gömrük, narkotik
Azərbaycanda şəhidin anasının oğlunun sağ olduğuna inandıraraq aldadan şəxslər saxlanılıb

Şəhid ailəsini aldadan şəxslər saxlanılıb

176
Saxlanılan şəxslər çirkin əməllərini həyata keçirmək üçün şəhidin fotolarını montaj edərək guya onun əsirlikdə sağ olmasını özündə əks etdirən yeni şəkillər hazırlayıblar.

BAKI, 20 sentyabr - Sputnik. Vətən müharibəsində iştirak edərək qəhrəmancasına həlak olmuş şəhidlərimizdən birinin qohumlarının Daxili İşlər Nazirliyinə etdikləri müraciətlə əlaqədar olaraq zəruri əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, şəhid ailəsinə guya övladlarının həlak olmadığını, əsirlikdə olduğunu deyərək onları dələduzluq yolu ilə aldadan şəxslər saxlanılıblar.

Araşdırma zamanı həmin şəhidin döyüşlərdə həlak olandan sonra yaşadığı rayonda dəfn edildiyi, bundan sonra onun anasının övladının bəlkə də, dünyasını dəyişmədiyini, şəhidin isə başqa birisi olduğunu zənn edərək çıxış yolunu “falçı”lara müraciət etməkdə gördüyü müəyyən edilib.

Bu məqsədlə o, Xəzər rayonunda yaşayan və “falçı” kimi tanıdığı bir qadına müraciət edib. Həmin şəxs 100 manat pul müqabilində “fala” baxaraq övladının dünyasını dəyişmədiyini və əsirlikdə olduğunu anasına bildirərək onu aldadıb. Sonradan falçının oğlu İxtiyar Orucov və şəhidin yaxın qohumu Balaxan Hüseynlinin ünsiyyətləri yaranıb və onlar əlbir olaraq şəhidin ailə üzvlərinə dövlət tərəfindən ayrılan pulu, eləcə də onların əlində olan əlavə maddi vəsaitləri dələduzluq yolu ilə ələ keçirmək barədə razılığa gəliblər.

Bundan sonra adları çəkilən şəxslər öz çirkin əməllərini həyata keçirmək üçün şəhidin fotolarını montaj edərək guya onun əsirlikdə sağ olmasını özündə əks etdirən yeni şəkillər hazırlayıblar. Bu şəxslər hətta qrim ustasının yanına gedərək guya şəhid haqqında sənədli film çəkiləcəyini qeyd ediblər. Balaxan Hüseynlinin qrimdən istifadə edərək şəhidə bənzədilməsinə nail olublar. Balaxan Hüseynlinin qrimlənmiş şəkillərini və videogörüntülərini şəhidin anasına göstərərək onu övladının sağ olduğuna inandırmağa nail olublar. Niyyətlərini həyata keçirmək məqsədi ilə mərhumun qohumu Balaxan Hüseynli öz səsini şəhid qohumunun səsinə bənzədərək bir neçə dəfə İxtiyar Orucovun telefonu ilə şəhidin anası ilə danışıb və sağ olduğuna dair onlarda yalnış təsəvvür yaradıb. Daha sonra hər iki şəxs şəhidin anasından və qohumlarından pul almaq üçün guya əsirlikdə olan övladlarını qonşu ölkələrdən biri vasitəsi ilə Azərbaycana gətirəcəkləri adı ilə aldadıb bu məqsədlə onladan 100 min manat pul istəyib və müxtəlif vaxtlarda hissə-hissə şəhidin qohumlarından 26 min 800 manat alıblar.

Faktla bağlı Daxili İşlər Nazirıiyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İxtiyar Orucov və Balaxan Hüseynli tutularaq hər iki şəxsə ittiham elan edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Onlar şəxs ifadələrində törətdikləri qanun pozuntusunu etiraf ediblər. Hazırda həmin cinayət əməlinin digər iştirakçılarının olub-olmamasının müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

176
Teqlər:
şəhid
Прогулка

Uzun ömür sürməyin sağlam yaşamağın yolu budur

0
(Yenilənib 21:21 20.09.2021)
Mütəxəssislər: sağlam qalmaq üçün "gündəlik 10 min addım" düşüncəsi sadəcə bir marketinq siyasətidir.

BAKI, 18 sentyabr — Sputnik. Gün ərzində 7 min addım atmaq sağlam və uzunömürlü olmaq üçün çox önəmlidir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbər verir ki, belə bir qənaətə "Massachusetts" universitetinin alimləri gəliblər.

Mütəxəssislər 11 il ərzində 38-50 aralığında olan 2 min 110 nəfər üzərində tədqiqat aparıblar.

Onlar bildiriblər ki, gündə 10 min deyil, 7 min addım atmaq erkən ölüm riskini 66 faiz azaldır.

Alimlər uzun illərdir ki, sağlam qalmaq və uzun ömürlü olmaq üçün "gündəlik 10 min addım" düşüncəsinin sadəcə olaraq bir marketinq siyasətinin - yəni, satışdan daha çox pul qazanılması hədəfinin tərkib hissəsi olduğuna da diqqət çəkiblər.

Onlar bildiriblər ki, hətta bu yolla daha çox pul qazanmaq üçün ötən əsrin 60-cı illərində "10 min addım ölçən" adı verilən bir cihaz da yaradılıb.

Elm adamları son olaraq belə qənaətə gəliblər ki, gündəlik 7 min addım atan şəxslər digərləri ilə müqayisədə daha sağlam və uzunömürlüdürlər.

Həmçinin oxuyun:

Pandemiya dövründə pəhriz saxlamaq düzgündürmü?

0
Teqlər:
ömür, sağlam, yaşamaq